
Deputatın iddiası yanlış və təhlükəlidir
Xalqın tarixi ilə etiqadını qarşı-qarşıya qoymaq
Xalqın tarixi ilə etiqadını qarşı-qarşıya qoymaq
Qaranlıqdan işığa keçid, köləlikdən ləyaqətə doğru atılan nəhəng addım
Moskva 35 ildə fitnəkar təcrübəsilə daha da canavarlaşıb
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Konstitusiya iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi
23 aylıq Cümhuriyyətin 104 yaşı
Bəs Lenin niyə məhz bundan istifadə etdi?
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
Tarixçi-professordan “Cümhuriyyət Tarixi” haqqında 101 yaşlı gerçəklər
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
Rahib Azəri: “Cümhuriyyət tariximiz hətta Azərbaycan müstəqillik qazandıqdan sonra da hələ yetərincə öyrənilməyib”
Azərbaycan Prezidenti İlham Əliyev 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
***
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycan dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!” – deyə paylaşımda bildirilib.
Mehriban Əliyevanın təbriki rəsmi sosial şəbəkə (“X”, “Facebook” və “İnstagram”) hesablarında paylaşılıb.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Leyla Əliyevanın “İnstagram” səhifəsindəki paylaşımda, “Azərbaycan Respublikasının Müstəqillik Günümüz Mübarək!”, – deyilir.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Nazirin paylaşımında deyilir: “Azərbaycanın zəngin tarixini və mütərəqqi dövlətçilik ənənələrini ifadə edən Müstəqillik Günü münasibətilə təbriklərimizi çatdırırıq. Vətənimizə əmin-amanlıq və tərəqqi arzulayırıq. Birliyimizin və müstəqilliyimizin əbədi olmasını diləyirik”.
Mikayıl Cabbarovun təbriki “X” və “Facebook”, İqtisadiyyat Nazirliyinin “İnstagram” sosial şəbəkə hesablarında paylaşılıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
“Əsasının qoyulduğu dövrün təlatümləri və çətinliklərinə baxmayaraq, rəhbər tutduğu mütərəqqi prinsiplər və dəyərlərə söykənməklə dövlətçilik və müstəqillik tariximizdə müstəsna izlər qoyan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 107 il ötür.
28 May – Müstəqillik Günü kimi qeyd etdiyimiz bu bayram münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirəm.
Müstəqilliyimiz daim, dövlətçiliyimiz əbədi olsun!
Müstəqillik Günümüz Mübarək!”
Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.
***
Təhsil naziri Emin Əmrullayev 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
“28 May – Müstəqillik Günü münasibətilə hər birinizi təbrik edir, ölkəmizə tərəqqi və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!”
Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.