
Çaldırana çatdıran səbəblər ...
... Yaxud qanlı qardaş qarşıdurmalarının acısı
... Yaxud qanlı qardaş qarşıdurmalarının acısı
“Əsgərlər nə üçün vuruşdugumuzu bilsəydi, heç bir müharibəyə başlaya bilməzdik”
Yaxud Səfəvilərin ata ocağının hakimi, Şah İsmayılın talesiz oğlu
Gözəlliyi və zəkası ilə dövrünün məşhur xanımı – Sultan Ağa xanım
Qızılbaş ordusunun qorxu saçan döyüşçüsü – Baba Xəlifə Qaramanlı
Yaxud Süleymaniyə məscidi, Səfəvi dövlətinin qiymətli daşları və xoş niyyətə qarşı təkəbbür
Doğum günün mübarək, ey Pirim Mürşüdüm!
15 yaşlı Şah İsmayılın, 17 yaşlı Xürrəmdinin yaratdığı hərəkat tarixdə silinməz izlər qoyub
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
«Sultanın «at gedişi», qanda boğulan qızılbaşlar, qurulmayan «Kürdüstan»» - Cavid İsmayılın araşdırması
Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycan tarixi barədə yazdığı məqaləsini oxudum.
Əsas tezis kimi irəli sürdüyü “Biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq” iddiası kökündən yanlışdır və təhlükəlidir.
Fazil Mustafanın yanaşmasına görə, 1828-ci il Türkmənçay sazişinə qədər “barbar və vəhşi azərbaycanlılar” mövcud olub, işğaldan sonra “böyük və mədəni” Rusiya bu xalqı mədəniləşdirib.
Bu yanaşma müstəmləkə sisteminə bəraət, xalqı ağır şərtlərə hökmü altında saxlamış ağalara dəstəkdir.
Həmçinin Azərbaycan xalqının yarımçıq, tarixsiz və formalaşmamış bir cəmiyyət olduğunu təbliğ edir.
Fazil Mustafanın tezislərində mərkəzləşmiş Azərbaycan torpaqları yoxdur, dövlət quruculuğumuzun spontan formada yaradıldığı qırmızı xətt kimi keçir.
Tarixi metodologiyanı, mənbələri, təşəkkül periodlarını, dövlət quruluşlarının sistemliliyini və üzvi bağlılığını anlaya bilməyən Fazil Mustafa xalqı öz tarixi və formalaşmasında rol oynadığı etiqadı ilə qarşı- qarşıya qoyur.
Şah İsmayıl və Səfəvi dövlətini Azərbaycan tarixindən silməyi təklif edən deputat bununla da Azərbaycan xalqını yarımçıq, mərkəzi dövlətçilik statusu olmayan, fraqmental tarixi olan xalq kimi təqdim edir.
Halbuki bugünkü Azərbaycan elə Şah İsmayılın qurduğu dövlətin sərhədləri çərçivəsindədir. Bu sərhədlərlə Rusiya İmperiyasına daxil edilib, daha sonra Xalq Cümhuriyyətini elan edib. Elə bu sərhədlərlə SSRİ-yə birləşdirilib.
Bu sərhədlər çərçivəsində 1991-ci ildə müstəqil dövlətə çevrilib.
Üstəlik sekulyar dövlət olan Azərbaycanda bu tip əqidə mübahisələri açmaq Konstitusiya ilə qadağandır və dövləti cinayət sayılır.
Azərbaycan dövlətinin hazırkı dönəmində, qlobal çağırışlar zamanında bu cür müzakirələri zərərli hesab edirəm.