
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Niyə Azərbaycanda İrana nifrət, İsrailə isə simpatiya var?
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya gələn ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Prezident Donald Trampın ən yaxın tərəfdarlarındandır. 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə o ABŞ-ın aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il Prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olub. Bu səbəbdən Ağ Ev sahibi xarici və təhlükəsizlik siyasətində Stiv Deynsinin imkanlarından istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kiyevə gedən ilk konqresmen Stiv Deynsi olub. Senator Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində törətdikləri qətliamla yerindəcə tanış olub. Bu səbəbdən senator Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçilərindəndir. O Ukraynaya hərtərəfli hərbi dəstəyin tərəfdarlarından biridir.
Bəs senatoru Bakıya gətirən səbəblər hansılardır? Birincisi, Stiv Deynsi Azərbaycan-Ermənistan danışıqlarının və iki ölkə arasında sülh sazişinin imzalanması ilə maraqlanıb. Böyük ehtimalla bu məsələdə Vaşinqtonun hansı rol oynaya biləcəyi də onun diqqət mərkəzində olub. İkincisi, ABŞ Konqresini narahat edən mövzulardan biri Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını artırması ehtimalıdır və mümkündür ki, Stiv Deynsi bu mövzuyla bağlı da Azərbaycan rəsmilərinin mövqeyini öyrənib. Üçüncüsü, Stiv Deynsi Azərbaycan-İsrail əməkdaşlığının mövcud vəziyyəti ilə maraqlanıb. Təsadüfi deyil ki, amerikalı senator Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi, habelə Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığının davam etdirilməsi ilə bağlı ortaq məqsəd və prioritetlər müzakirə olunub.
Vaşinqton Azərbaycan-İsrail əməkdaşlığından məmnundur. Önəmli olan bu amilin amerikalı konqresmenlərin əksəriyyətinin anlaması və nəhayət ki, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ortadan qaldırılmasıdır. Əlbəttə, bir senatorun Azərbaycana səfəri ilə bu məsələ həll olunmayacaq. Hər halda Bakıda görüşlər keçirən Stiv Deynsi geri qayıtdıqdan sonra Azərbaycanla əməkdaşlığın Amerika Birləşmiş Ştatlar üçün faydalı olacağını həmkarlarına anladacaq.