Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
12:44 | 1 iyun 2025 | Bazar
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Pentaqon rəhbəri Pit Heqsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda Çin əleyhinə səsləndirdiyi fikirlər Pekinin ciddi narazılığına səbəb olub. Çin Xarici İşlər Nazirliyi ABŞ müdafiə nazirinin çıxışına belə reaksiya verib: “ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq buranı “barıt çəlləyinə” çevirib”. Pekin “barıt çəlləyi” deyərkən, ABŞ-ın bölgədəki müttəfiqlərini hərbi texnika ilə təchiz etməsini nəzərdə tutub.
Vaşinqton Çini Asiya və Sakit Okean bölgəsi üçün əsas təhdid kimi qiymətləndirərkən, Pekin tərsini iddia edərək məhz ABŞ-ın siyasətinin bölgə üçün əsas təhlükə kimi qiymətləndirib. Pekin Vaşinqtonun regional siyasətini pozuculuq kimi dəyərləndirib. Pekin ABŞ-ın Asiya və Sakit Okean bölgəsində hegemonluğunu qorumaq məqsədilə Cənubi Çin dənizində hücum xarakterli silahlar yerləşdirdiyini iddia edib. Halbuki, Vaşinqton tam tərsini bildirir və məhz Çinin Cənubi Çin dənizi ətrafında hərbi gücünü artırdığını və Tayvan adasını hərbi yolla ələ keçirməyə çalışdığını vurğulayır.
Bundan bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp da Pekinin siyasətindən məyusluğunu bildirib. Ağ Ev sahibi Pekinin ABŞ ilə bağlanmış ticarət sazişini pozduğunu iddia edib. Tramp sosial şəbəkədə bunları yazıb: “Tətbiq etdiyim yüksək rüsumlar səbəbindən Çin ciddi iqtisadi təhlükə ilə üz-üzə qalmışdı. Çinin ABŞ bazarında ticarətini praktiki olaraq qeyri-mümkün etmişdi. Biz Çin ilə soyuq müharibəyə girdik, bu, Pekin üçün dağıdıcı oldu. Daha sonra Çinin iqtisadiyyatını xilas etmək üçün mən Çin ilə ticarət müqaviləsi bağladım. Lakin Pekin ABŞ qarşısında götürdüyü öhdəlikləri pozdu. Halbuki, tərəflər danışıqlar nəticəsində tarifləri qarşılıqlı olaraq azaltmağa qərar vermişdilər”.
Beləliklə, iki ölkə arasında qarşılıqlı ittihamların sayı yenə artıb. Başqa cür olması da çətindir. Çinin bölgədə artan gücü ABŞ-ın maraqlarına ziddir. Vaşinqtonla yanaşı ABŞ-ın Asiya və Sakit Okean bölgəsindəki müttəfiqləri də Çinin planlarından narahatdırlar. Bu səbəbdən Vaşinqtonla Pekin arasında müxtəlif məsələlərlə bağlı ortaq məxrəcə gəlmək çətindir.