NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
12:28 | 1 iyun 2025 | Bazar
Məqaləyə 340 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Böyük Britaniya 6 milyard funt sterlinqə silah zavodları tikəcək və minlərlə raket alacaq. “Sky News” belə yazır. Bu xəbər Qərb informasiya məkanının əsas başlıqlarından biridir...
Qoca Avropa Rusiyadan da, lazım gəlsə Amerikadan da üstün ordu yarada bilər. Niyə? Çünki Avropa ultra-müasir texnologiyalara sahibdir. Pul-parası da başından aşır. Sadəcə dünənə qədər Avropa öz müdafiəsini ABŞ-a etibar etmişdi. İndi məlum olur ki, yanlış edib. Ona görə də yanlışı düzəltmək üçün hərəkətə keçib. Özü də təkcə Böyük Britaniya yox, Almaniya, Fransa, İspaniya, İtaliya...
Rusiyanın qara günləri hələ qarşıdadır...
Rusiya-Ukrayna müharibəsi başa çatsa belə, Avropa sürətlə silahlanacaq. Çünki müdafiəsiz Avropa nə qədər zəif olduğunun fərqindədir...
Bu arada isə Türkiyə xüsusi statusda olan bir ölkəyə çevrildi. Niyə? Çünki Türkiyə hərbi sənayesi ortaya ağlasığmaz nəticələr qoydu. Belə bir uğurun əldə olunacağı kimsənin ağlının ucundan belə keçməzdi. Türkiyə bütün dünyanı heyrətdə buraxdı...
Hazırda Türkiyə hərbi potensialını sürətlə artırır. Dünyanın bütün güc mərkəzləri Türkiyəni öz yanında görmək istəyir.
Ərdoğan Türkiyəsi bütün gücünü, resurslarını hərbi sənayenin inkişafına yönəltdi. Türkiyə silah idxalçısından, silah ixracatçısına çevrildi.
Dünyada gedən siyasi proseslər elə bir məcrada inkişaf etdi ki, Türkiyənin son 20 ildə hərbi sənayeyə güc verməsi rəsmi Ankaraya ağlasığmaz imkanlar qazandırdı.
Təsəvvür edirsinizmi, NATO-da Türkiyənin müttəfiqi olan ABŞ İsrailə, hətta Birləşmiş Ərəb Əmirliklərinə “F-35” qırıcısı satırdı, Türkiyəyə isə satmırdı. Eləcə də digər Qərb ölkələri Türkiyənin hərbi sənayesi üçün vacib olan komponentləri türklərə satmaqdan imtina edirdilər. Hətta Türkiyəyə embarqo tətbiq etməkdən belə çəkinmirdilər.
İndi isə Rusiyaya qarşı Türkiyədən mədət umurlar. Ona görə də Türkiyə-Azərbaycan-Pakistan ittifaqı xüsusi önəm daşıyır.
NATO Türkiyəyə görə vuruşmaz. Ancaq Azərbaycan və Pakistan Türkiyəyə görə silaha sarılar. Deklartiv ittifaqlar boş şeydir, gərək həqiqi müttəfiqlərə istinad edəsən.
Əlbəttə, Türkiyəyə müharibə qətiyyən lazım deyil. Ancaq o da faktdır ki, təpədən dırnağa qədər silahlanmış bir ölkəyə kimsə hücum etməz. Edən də həmən peşman olar.