Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
13:11 | 25 may 2025 | Bazar
Məqaləyə 323 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Sibiqa Ukrayna Prezidenti Vladimir Zelenskinin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti beynəlxalq konfranslarda fürsət düşən kimi Vladimir Zelenski ilə ikitərəfli görüş keçirir. Xatırlatmaq yerinə düşər ki, Vladimir Zelenski Prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu Zelenskinin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir.
İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. Dövlət başçısı aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı “biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” ifadəsini işlədib. İlham Əliyevin Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsə maraqlı yanaşması da var. Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istədiyini deyən İlham Əliyev bununla yanaşı “müvəqqəti atəşkəs dayanıqlı olacaqmı” sualını səsləndirərək cavabını da verib: “Atəşkəs heç zaman müharibəni dayandırmır”. İlham Əliyev forumdakı çıxışında sülhməramlıların təmas xəttində yerləşdirilməsinin də Ukraynaya faydası olmayacağına bu sözlərlə işarə edib: “Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq”.
Azərbaycan Prezidentinin bu açıqlamaları Ukrayna rəsmiləri və ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını söyləyib. Ukraynalı nazir eyni zamanda İlham Əliyevlə görüşdə Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Öz növbəsində İlham Əliyev Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Görüşdə ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Kiyevin Bakıdan daha bir istəyi var. Bu il iyulun 10-11-də Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək. Ukrayna Azərbaycanın da bu tədbirdə iştirakını istəyir. Söhbət Ukraynanın müharibədən sonra yenidən qurulmasından gedəcəyindən böyük ehtimalla Azərbaycanın bu tədbirdə təmsil olunacaq.