Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:40 | 30 may 2025 | Cümə
Məqaləyə 211 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman aprel ayında Tehrana səfəri zamanı İran rəsmilərinə birbaşa mesaj verib. Kral Salmanın mesajında İran prezidenti Donald Trampın nüvə danışıqları təklifini ciddi qəbul etməyə çağırıb.
Şahzadə Xalid bin Salman İran liderlərinə deyib ki, onlar Trampın nüvə sazişi təklifini qaçırmamalıdırlar. “Razılaşma hücumdan yaxşıdır” mesajını verən Səudiyyə rəsmisi zamanın daraldığını vurğulayıb. Danışıqlara açıq olan İran isə, tələblərlə barışmır.
Körfəzdəki iki mənbə və iki İran rəsmisinin sözlərinə görə, mesaj İrana İsraillə müharibə riskindən qaçmaq üçün diplomatik fürsət təqdim edib.
Səfər baş tutan aprelin 17-də İran prezidenti Məsud Pezeşkian, Baş Qərargah rəisi Məhəmməd Baqiri və xarici işlər naziri Abbas Araqçı görüşdə iştirak ediblər.
***
Tramp səfərdən cəmi bir neçə gün əvvəl Tehranla birbaşa danışıqlara başladığını elan etmişdi. Lakin o, bu açıqlamanı İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfəri zamanı verib. Netanyahu İrana hücumlara dəstək gözlədiyi halda, Tramp danışıqlara çağırıb.
Tehrandakı görüşdə şahzadə Xalid Trampın səbrinin məhdud olduğunu və danışıqların tez bir razılaşma ilə nəticələnəcəyini gözlədiyini çatdırıb.
Şahzadə Xalid, "Uğursuz danışıqlardan sonra İsrailin hücumu riskinə girməkdənsə, ABŞ ilə razılığa gəlmək daha yaxşıdır" dedi.
***
Görüş zamanı İran tərəfi iqtisadi təzyiqləri azaltmaq üçün razılaşmaya açıq olduqlarını çatdırıb. Bununla belə, mənbələrə görə, İran rəsmiləri Tramp administrasiyasının gözlənilməz münasibətindən narahat olublar.
Bəzi dövrlərdə məhdud zənginləşdirməyə icazə verilməsi, digər dövrlərdə isə uranın fəaliyyətinin tamamilə dayandırılmasının tələb olunması İranın şübhələrini artırıb.
Prezident Pezeşkian vurğulayıb ki, İran razılaşma əldə etməyə hazırdır, lakin uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməyəcək.