Gərginlik və yanacaq qiymətləri gəliri düşürür
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
20:28 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 535 dəfə baxılıb
Şriftin ölçüsü
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Uşaqlar bəzən valideynlərin gözündən qaça bilər, bəs hava limanı sisteminin gözündən necə gizlənə bilər? İspaniyanın Menorka adasında baş verən bu hadisə, klassik “Evdə Tək – 2” filminin real versiyası kimi gündəmə düşdü. 15 yaşlı ingilis uşaq, ailəsi ilə Londona uçmalı olduğu halda, təkbaşına – özü də bilet olmadan – Milan təyyarəsinə minib. Təhlükəsizlik kameraları, uçuş heyəti və sonda İtaliyaya uçan anası… Hər şey sanki bir komediya filminin ssenarisindən çıxıb. Tək fərq – bu dəfə Kevin yox idi, adı açıqlanmayan bir ingilis uşaq idi.
O, “TUI” Hava Yolları ilə Mahon Hava Limanından London Stansted istiqamətində uçmalı idi. Amma limanda gözlənilməz şəkildə “yoxa çıxdı”. Ailəsi təlaş içində siqnala keçdi və hava limanı polisi təhlükəsizlik kameralarını yoxlayanda uşağın – bilet olmadan! – Milan Malpensaya gedən təyyarəyə mindiyini ortaya çıxardı.
Mallorka Milli Polisindən bir sözçü, “Əməkdaşlarımız təyyarəyə minik zonasındakı kameraları araşdırdı və uşağın Milan istiqamətinə uçan təyyarəyə mindiyini təsdiqlədi. Hava limanında ‘itkin düşmüş uşaq’ həyəcanı verilmişdi, amma onun artıq İtaliyaya uçduğu aydınlaşdırıldıqdan sonra siqnal ləğv olundu”, – deyib.
Filmin son səhnəsi isə daha da dramatik idi: xəbərlərə görə, uşağın anası həmin gün təcili şəkildə İtaliyaya uçdu və oğluyla yenidən bir araya gəldi.
Uçuş zamanı “EasyJet” kabin heyəti, bilet göstərməyən bir sərnişinin təyyarədə olduğunu başa düşdü. Şirkət bildirib ki, Milan komandası və yerli hakimiyyət orqanları uşağı qarşılayıb və ailə üzvlərindən birinin İtaliyaya gəlməsi üçün lazım olan bütün təşkilati işləri həyata keçiriblər.
“EasyJet”dən bir sözçü isə məsələ ilə bağlı, “Hava limanı və yer xidmətləri tərəfdaşlarımızla birlikdə araşdırırıq ki, bu gənc sərnişin “Mahon” hava limanından təkbaşına, özü də yanlış təyyarəyə necə minib. Uşaq Milan hava limanında heyətimiz və yerli orqanlar tərəfindən qarşılandı. Ailəsinin bir üzvü ilə eyni gün görüşməsi üçün səyahət təşkil olundu. Onlarla əlaqədəyik və dəstəyimizi davam etdiririk”, – deyib.