
“Parisdə polisin yanında məni soyacaqdılar”
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Hər gecəyə 3 faiz əlavə pul ödənəcək
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
Hətta şampun şüşələrinə yerləşdirilir
Qiymətli əşyaları qarət edilib, bank hesabları boşaldılıb
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Səyahət qeydiyyatı saytında diqqətli olun, kredit kartı məlumatlarınız oğurlana bilər
İki alman qadın ABŞ-a tətilə getdi, əlləri qandallandı və deportasiya edildi
İslahatların dərinləşdirilməsi aktuallaşıb
Kimlə gedirsən?
İkinci “Titanik” faciəsindən möcüzə nəticəsində xilas
Dünyanın ən soyuq yeri məşhur kütləvi turizm məkanına necə çevrildi?
Venesiya turist vergisini ikiqat artırıb
Yeni Zelandiya turistlər üçün giriş vergisini üç dəfə artırdı
7 nəfər ölüb, 12 yaralı var
2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, yenə də xaricilər əsasən Bakıya üstünlük verirlər. Ölkəyə gələn hər 100 turistin 77-i paytaxtdan kənara səfər etmir.
Əslində bu məlumat həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir. Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır.
Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır. Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.
Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir. Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar.