
2025-ci ilin ən güclü pasportları
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Leipzigə məcburi eniş
AB və ölkə daxili uçuşların qiyməti qalxıb, qitə xaricinə səfərlər ucuzlaşıb
Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər
Meksika turist axınına etiraz edir
Şirkət manipulyasiya yolu ilə müştərilərindən artıq ödəniş alıb
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Hər gecəyə 3 faiz əlavə pul ödənəcək
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
Qiymətli əşyaları qarət edilib, bank hesabları boşaldılıb
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Turistlərin dörddə birindən çoxu paytaxtı tərk etmir
Səyahət qeydiyyatı saytında diqqətli olun, kredit kartı məlumatlarınız oğurlana bilər
İki alman qadın ABŞ-a tətilə getdi, əlləri qandallandı və deportasiya edildi
İtaliyada yoxsullarla mübarizə aparan bir yardım təşkilatı, Portofinoda dilənçiliyin qadağan olunması planlarına güclü etiraz edib.
Evsizlərin pul istəməsini qadağan edən qərar, kəndin bələdiyyə sədri Matteo Viacava tərəfindən 19 may tarixində təqdim olunub.
Yeni yay qaydalarına əsasən, liman və tarixi mərkəz də daxil olmaqla turizm zonalarında, 14 iyuldan 30 sentyabra qədər intensiv mövsümdə dilənçilik qadağan edilib.
“Avvocato di Strada” (Küçə Hüquqşünasları Assosiasiyası) sədri Antonio Mumolo, yeni qaydaları “qanunsuz” adlandıraraq, 15 gün ərzində geri çəkilməsə və ya dəyişdirilməsə, hüquqi addımlar atacaqları ilə hədələyib.
Mumolo bildirib: “İtaliyanın ən varlı bələdiyyəsində hər növ dilənçilik qadağan olunub. Bu, geri çəkilməli və ya dəyişdirilməli qanunsuz qaydadır. Bələdiyyə sədrinə 15 gün müddət verdik, yoxsa hüquqi addım atacağıq”.
Bələdiyyələrin “yoxsullarla yox, yoxsulluqla mübarizə aparmalı” olduğunu vurğulayan Mumolo, dilənçiliyin qadağan edilməsinin həssas insanları hədəfə aldığını və dilənçiliyin qanunlara zidd olmadığını qeyd edib.
“Avvocato di Strada” sədri əlavə edib: “İtaliyada insanlardan yemək istəmək cinayət ola bilməz”.
Qrup, 26 iyul şənbə günü Portofino Bələdiyyəsinə rəsmi xəbərdarlıq göndərib.
Bələdiyyə sədrini “yoxsullara qarşı müharibə açmaqda” ittiham edən qrup bildirib ki, Portofino qanunsuz hərəkətlərə yox, “birbaşa yoxsulluğa” qarşı cəza tətbiq edir.
Bildiridə deyilir: “Bu qaydalardakı qadağa açıq şəkildə qanunlara ziddir”.
“Avvocato di Strada” bələdiyyə sədrinin 15 gün ərzində cavab verməməsi halında, qaydanın ləğvi üçün hüquqi prosesə başlayacağını bildirib.
İtaliyanın təxminən 400 nəfər əhalisi olan məşhur bölgəsinə yay aylarında gündəlik 10 minə yaxın turist gəlir.
15 iyuldan etibarən turistlərə çılpaq ayaq gəzmək, əynində bikini ilə dolaşmaq, alkoqol içmək və Portofinonun daş döşəmələrində masa açmaq qadağan ediləcək.
“The Independent” qəzeti cavab almaq üçün Portofino Bələdiyyə sədrilə əlaqə saxlamağa çalışıb.