
Avropada gömrük qadağaları
Tətil dönüşündə ölkəyə gətirilməsi qadağan olunan əşyalar
Tətil dönüşündə ölkəyə gətirilməsi qadağan olunan əşyalar
Yaxud seks işçiliyi və qlobal sosial paradiqmaların böhranı
İqlim dəyişikliyinin gətirdiyi turist axını Qrenlandiyada sosial böhran yaradıb
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
ABŞ vizası üçün depozit şərt tətbiq oluna bilər
Tətil zamanı problem yaşamaq istəmirsinizsə, ...
Plan tutarsa, zəncirvari şəkildə bütün iş sektorlarını canlanacaq, ölkəyə ciddi pullar gələcək
Qocalar evini tərk edib kruiz gəmisinə köçən yaşlı qadın 15 il ərzində dünyanı gəzəcək
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Halüsinogen göbələk yeyənlər özlərini də itkin düşmüş sayıblar
Destinasiyalar Körfəz ölkələrindən gələn turistlərin sayına təsir edir
Turistlərin dörddə birindən çoxu paytaxtı tərk etmir
Səyahət qeydiyyatı saytında diqqətli olun, kredit kartı məlumatlarınız oğurlana bilər
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Turizm hədəfi kazino biznesini aktual məsələyə çevirir
Neapolda trosun qopması faciəyə səbəb oldu
Hollandiya İstehlakçılar Assosiasiyası (Consumentenbond) mehmanxana sifarişi saytı “Booking.com”a qarşı kütləvi iddia qaldırıb. Assosiasiyanın məlumatına görə, şirkət illərdir qanunsuz müqavilələr və ədalətsiz təcrübələrlə müştərilərinə artıq pul ödətdirib. Ümumi zərərin təxminən bir milyard avro olduğu təxmin edilir.
“Platforma saxta endirimlər, natamam qiymət məlumatları və otaqların tez satıldığı təəssüratı yaradan mesajlar kimi üsullardan istifadə edib” deyən İstehlakçılar Assosiasiyasının direktoru Sandra Molenaar, belə hallarda istehlakçıların bilərəkdən aldadıldığını deyib: “Bu həm Hollandiya, həm də Avropa qaydalarına ziddir”.
Keçən il Avropa Ədalət Məhkəməsi “Booking.com”un bu qaydaları pozduğuna qərar vermişdi. Bundan əlavə, İspaniya məhkəməsi mərkəzi ofisi Hollandiyada yerləşən şirkəti oxşar təcrübələrə görə 413 milyon avro cərimələyib.
İstehlakçılar Birliyi iddia edir ki, “Booking.com” bazar lideri mövqeyindən sui-istifadə edir, rəqabətə mane olur və hotellərlə qeyri-qanuni qiymət sazişləri bağlayır. Bu müqavilələrin hotellərin öz internet saytlarında daha ucuz və ya daha sərfəli otaqlar təklif etməsinə mane olduğu da bildirilir.
Birlik həmçinin “Booking.com”un istehlakçıları çaşdırması ilə bağlı bir neçə faktı sənədləşdirib. Məsələn, Nyu-Yorkda bir otel otağı 211 avroya göstərilib, lakin rezervasiya zamanı məcburi 75 avro əlavə rüsum alınıb.
Başqa bir misalda, Hollandiyanın Nunspeet şəhərində yaşayış yeri axtararkən, saytdakı otellərin 84 faizinin dolu olduğu, istehlakçıların tələsik qərarlar qəbul etməsinə səbəb olduğu bildirilmişdi.
İstehlakçılar Birliyi, İstehlakçı Rəqabət İddiaları (CCC) ilə birlikdə 1 yanvar 2013-cü ildən “Booking.com” vasitəsilə ən azı bir rezervasiya etmiş bütün qurbanları məhkəməyə qoşulmağa çağırıb. “Expedia” və ya hotellərin öz internet saytları vasitəsilə sifariş etmiş istehlakçılar da iddiaya qoşula bilərlər. Molenaar bildirib ki, “Booking.com” sektorda qiymətləri süni şəkildə yüksək saxladığı üçün bu insanlar da artıq ödəniş ediblər.
Tələb oluna biləcək təzminatın məbləği şəxsdən şəxsə dəyişir. Bu məbləğ bir neçə on avrodan bir neçə yüz avroya qədər ola bilər. Prosesdə iştirak etmək pulsuzdur. Lakin “Booking.com” kompensasiya ödəsə, bu məbləğin maksimum dörddə biri CCC-yə keçəcək.
İddiaçılar əvvəlcə “Booking.com” ilə oturub barışmaq istəyirlər. Məqsədləri həm təzminat almaq, həm də saytda çaşdıran əməllərə son qoymaqdır. Razılıq əldə olunmasa, qanuni tədbirlər görəcəklər. “Booking.com” hələlik mövzu ilə bağlı açıqlama verməyib.
İstehlakçılar Birliyi son illərdə müxtəlif sektorlarda baş verən qanun pozuntularına qarşı oxşar qrup xarakterli iddialar qaldırıb. Bahalı “Samsung” televizorları, “Google”un məxfilik pozuntuları və dəyişkən enerji müqavilələri ilə bağlı məhkəmə çəkişmələri də davam edir.