Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
12:27 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 398 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada hicab müzakirələri yenidən alovlanıb. Bu dəfə gündəmdə, Strasburq Bələdiyyəsinin “Strasbourg, la douceur de ville” (Strasburq, şəhərdəki incəlik) şüarı ilə başladığı kampaniyada yer alan hicablı qadın görüntüsü var.
Strasburq Bələdiyyəsinin kampaniyasında afişa Fransız ictimaiyyətini ayağa qaldırıb. Afişa İslam təbliğatı və prinsiplərə zidd olmaqla ittiham olunur.
Mübahisəli afişada, 60 yaşlarında hicablı bir qadının fotosu yer alır. Feminist və ifrat sağçı görüşləri ilə tanınan bəzi şəxslər, afişanın “cəmiyyəti böldüyünü”, demokratik prinsiplərə zidd olduğunu və İslamçı təbliğatın nümayiş etdirdiyini iddia ediblər.
Feminist “Némésis” qurumunun direktoru Alis Kordier paylaşımında, “Başörtüsünü daşıyan bir qadını afişaya yerləşdirən bu bələdiyyə utancvericidir. Mövcud bələdiyyə başqanının (EELV) vəzifəsini tərk etməsini səbirsizliklə gözləyirik”, – yazıb.
Keçmiş sağçı millət vəkili namizədi Emmanuel Brisson isə reaksiya verərək, “Hicablı bir qadını şəhərdəki incəliklə əlaqələndirən bələdiyyə demokratik prinsiplərdən uzaqlaşır. Bu, islamın təbliğatıdır”.
Tənqidlərin yanında afişaya dəstək verən çoxlu sosial media istifadəçisi və vətəndaş da fikirlərini açıqlayıb. Onlara görə, afişa Strazburqun çoxmədəniyyətli quruluşunu əks etdirir və daxil edici mesaj daşıyır.
Bir istifadəçi, “Anam da hicablıdır və illərdir Strazburqda yaşayır. Onun da bu şəhərdə yeri var. Afişada bunu görmək məni təsirləndirdi”, – yazıb.
Bəzi şərhçilər isə, “Hər yaşdan, hər inancdan, hər geyim tərzindən insanın bu şəhərdə bərabər təmsilçilik haqqı var. Bu, birlik mesajıdır”, – yazıb və kampaniyanı müdafiə ediblər.