Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
10:06 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 245 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodárske noviny” nəşrinə verdiyi geniş müsahibədə Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə dair mövqeyini açıqlayıb.
“Rusiya bizim qonşumuzdur. Onunla yaxşı qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibətlərə malik olmaq təkcə Azərbaycan üçün deyil, dünyadakı hər bir ölkə üçün birinci dərəcəli prioritetdir. Amma bu, Ukraynaya da aiddir. Siz özünüz də yaxşı bilirsiniz ki, Sovetlər dövründə biz ruslarla və ukraynalılarla birlikdə yaşamışıq… Hər iki ölkə ilə bizi uzunmüddətli şəxsi münasibətlər bağlayır. Və biz bu münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Çoxlu sayda azərbaycanlı həm Rusiyada, həm Ukraynada yaşayır. Qarışıq ailələrimiz çoxdur. Ona görə də orada bu gün baş verənlər həqiqətən böyük faciədir…” – deyə prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev qeyd edib ki, “siyasətimizin əsas təməl daşı ərazi bütövlüyü prinsipinin tam toxunulmazlığıdır. Ölkəmiz bu prinsipin pozulmasından keçmişdə çox əziyyət çəkib. Buna görə də biz digər ölkələrin ərazi bütövlüyünün müdafiəsini birmənalı şəkildə dəstəkləyirik. Amma eyni zamanda ruslar və ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı formada müdaxilədən uzaq dururuq”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan bu münaqişə çərçivəsində hərbi komponentlərin hər hansı bir şəkildə tədarükündən “təhlükəsiz məsafədə durur”. “Biz yalnız Ukraynaya humanitar yardım göstəririk, ilk növbədə bu müharibədən ən çox əziyyət çəkən uşaqlara. Həmçinin bəzi zəruri avadanlıqlar, məsələn, elektrik generatorları tədarük edirik. Heç bir halda hərbi yardımda iştirak etmirik…” – deyə o əlavə edib.