
Qafqazdan Qərbə
“Qoca qitə”də güc nümayişi
“Qoca qitə”də güc nümayişi
Çiplərdə gizli hissələr var, dünya təlaşlanıb
“Gecikənlər təyyarəyə buraxılmayacaq”
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
Bu rəqəm AB ölkələri ötən ilin son rübündə 897 milyon olub
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Avropa Birliyi İsrailə təzyiq göstərməyə başlayır
Kaja Kallas da sanksiyaları qaldıracaq
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
ABŞ NATO iclasında Avropa və Kanadadan planlaşdırmanı eşitmək istəyir
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
“Wall Street Journal” (WSJ) qəzeti oktyabrda seçki keçirəcək Gürcüstanın Rusiya ilə yaxınlaşdığını və Qərbin mühüm müttəfiqini itirə biləcəyini yazır.
Təhlil göstərir ki, Gürcüstan vaxtilə keçmiş sovet ölkələri arasında ən qərbyönlü regionlardan biri kimi görünürdü və rəy sorğularında ölkənin Avropa Birliyi (Aİ) və NATO-da iştirakını dəstəkləyənlər çoxluq təşkil edir.
AB Ukrayna və Moldova ilə birlikdə 2022-ci ildə üzvlük üçün müraciət etmiş Gürcüstana 2023-cü il dekabrın 14-də namizəd ölkə statusu verib. NATO-nun baş katibi Yens Stoltenberq də bu ilin fevralında verdiyi bəyanatda Gürcüstanın birliyə qoşulmasını istədiklərini bildirib.
Bununla belə, WSJ-nin təhlilində Gürcüstanın son zamanlar Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşdığı və “xarici təsirin şəffaflığı” qanununun bu prosesi sürətləndirən hadisələrdən biri olduğu bildirilir.
Hakim Gürcü Arzusu Partiyasının apreldə parlamentə təqdim etdiyi qanun ölkədə böyük etirazlara səbəb olub.
Əsasnamədə nəzərdə tutulub ki, Gürcüstanda vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər, əks halda cərimə gözləyirlər.
Qərb mediası və əleyhdarlarının “Putin tipli qanun” adlandırdıqları qanun Kremlin xaricdən maliyyələşən hüquq müdafiə qruplarına nəzarət etmək üçün 2012-ci ildə tətbiq etdiyi tənzimləmə ilə müqayisə edilir.
Mayın 14-də parlamentdə səsvermədə qəbul edilən qanun layihəsinə qərbyönlü Gürcüstan prezidenti Salome Zurabişvili veto qoyub. Lakin mayın 28-də keçirilən səsvermədə qanun layihəsi 4 əleyhinə 84 səslə yenidən qəbul edildikdən sonra Zurabişvilinin vetosundan keçib.
Qanun layihəsinin təsdiqinə AB və ABŞ-dan sərt reaksiyalar gəlib. AB-nin Gürcüstandakı səfiri Pavel Herçinski ölkənin AB-yə üzvlük prosesinin dayandırıldığını açıqlayıb. ABŞ Tbilisi administrasiyasına 95 milyon dollarlıq yardımı da dayandırıb.
Parlamentdə 4 mandata malik müxalifət partiyası Girçinin yaradıcılarından biri olan Zurab Caparidze qanunla bağlı aşağıdakı iddiaları bölüşür: ““Gürcü arzusu” Kremlin qanununu həyata keçirməyə başlasa, Rusiyadakı kimi beynəlxalq təşkilatları və donor təşkilatları bağlayacaq. Vətəndaş cəmiyyətini, müstəqil medianı, müxalifət partiyalarını məhv edəcəklər.
Təhlil Gürcüstanın Qərb üçün geosiyasi əhəmiyyətinə də diqqət çəkir. 3,7 milyon əhalisi olan Qafqaz ölkəsi, Mərkəzi Asiya ölkələri və Azərbaycanın Qərblə ticarətdə Rusiyaya alternativ yol təşkil etdiyi vurğulanır.
2013-2018-ci illərdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili ölkənin Rusiya ilə yaxınlaşma siyasətini belə dəyərləndirib: “Gürcüstanda siyasi fikir ayrılıqlarımız var idi, bəzən zorakılıq idi, amma nə olursa olsun, oradakı bütün hökumətlər açıq şəkildə qərbyönlü idi. Hökumət ilk dəfə olaraq ölkənin geosiyasi oriyentasiyasını dəyişir. İdeoloji baxımdan bu, Rusiya üçün çox böyük qazancdır.
“Gürcü Arzusu”ndan parlamentin xarici əlaqələr komitəsinə rəhbərlik edən Nikoloz Samaradze 2008-ci ildə Rusiyanın işğalı zamanı Qərb dövlətlərinin Tiflisə kömək etmədiyini xatırladıb: “Mən sizə çox açıq deyə bilərəm ki, biz Rusiyadan qorxuruq. Biz öz dərsimizi aldıq, Rusiya ilə Gürcüstan arasında növbəti müharibə olsa, yenə tək qalacağıq”.