Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:40 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 251 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Tramp administrasiyası ilə dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb.
Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilir: “ABŞ 33 il ərzində Gürcüstanın, gürcü xalqının tərəfdaşı olub. Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Biz Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq niyyətində ciddi olduğunu nümayiş etdirmək üçün Gürcüstan hökumətinin ata biləcəyi addımları dəqiq müəyyən etmişik. “Gürcü Arzusu” hökumətinin davam edən anti-demokratik hərəkətlərinə gəlincə, vitse-prezident Vensin Münhendə qeyd etdiyi kimi, demokratik mandat opponentlərin həbsə atılması və ya senzura ilə əldə edilə bilməz”.
Görünən odur ki, indiki administrasiya “Gürcü Arzusu” hökuməti ilə bağlı keçmiş administrasiyanın siyasətini ümumən davam etdirmək fikrindədir. Çünki münasibətlərin düzəlməsi üçün Gürcüstan tərəfinin hansı addımları atmalı olduğu məhz Bayden dövründə müəyyənləşdirilib.
Doğrudur, Dövlət Departamenti Gürcüstanla münasibətləri qiymətləndirməyə davam etdiklərini əlavə edib, lakin martın 27-də Senatın Xarici Əlaqələr Komitəsində “Gürcü Arzusu” əleyhinə hazırlanmış qanun layihəsi – “Meqobari Aktı”nın respublikaçılar və demokratların səsləri ilə qəbulu Vaşinqtonda küləyin hansı istiqamətdə əsdiyini göstərir.
Gürcüstan tarixinin ən böyük iqtisadi layihəsi olan Anakliya dərin dəniz limanı layihəsindən amerikalı ortağın qovularaq Çinin (üstəlik, ABŞ sanksiyası altındakı şirkətlərin) proyektə cəlb olunması Vaşinqtonda xüsusilə qıcıq doğurur.