“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
14:10 | 6 aprel 2025 | Bazar
Məqaləyə 306 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinin 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yayımlanan məqaləsindəki faktlar həqiqəti əks etdirirsə, bu İrandakı mühafizəkar qüvvələrin ölkəmizə qarşı siyasətinin dəyişmədiyi göstərir. Məqalədə İranın kəşfiyyat strukturlarının Gürcüstanda yaşayan narkotik alverçisi olan azərbaycanlı vasitəsilə ravvini öldürmək istədiyi yazılıb. Həmin narkotik alverçisi Azərbaycana gəlib bu işə digər iki vətəndaşımızı da cəlb etməyə müvəffəq olub.
Əsas sual budur: İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini niyə öldürmək istəyiblər?
Bunun bir neçə səbəbi ola bilər.
Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər ki, belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilərdi. Halbuki, Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib.
İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığı bəlli olacaq və bu istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki, yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir.
İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar, millət vəkilimizə qarşı sui-qəsd təşkil etdilər, Tehrandakı səfirliyimizə terror hücumuna şərait yaratdılar, ali dini liderin nümayəndəsi cümə xütbəsində ölkəmiz əleyhinə açıqlamalar verdi, indi də ravvini öldürmək istəyiblər. İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanlarına malik olublar. Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu Azərbaycan-İran münasibətləri ilə yanaşı Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq.