vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVTO  
Avtomobil nəhənginin reytinqi düşüb 19:08 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avtomobil nəhənginin reytinqi düşüb

“Moody's” “Volkswagen”in kredit göstəricilərini aşağı salıb

FATEH

Beynəlxalq kredit reytinq agentliyi “Moody's”, “avtomobil sektorunda yaşanan problemlər və Çindən gələn rəqabət” səbəbiylə Alman avtomobil istehsalçısı “Volkswagen”in uzunmüddətli kredit reytinqini “BAA1” səviyyəsinə endirib.

“Moody's”in açıqlamasında son vaxtlar “Volkswagen”in əməliyyat mənfəətinin və pul axınının azaldığı bildirilib.

Bu çərçivədə avtomobil şirkətinin kredit reytinqinin “A3”dən “BAA1”ə endirildiyi, proqnozun mənfidən sabitə dəyişdirildiyi bildirilib.

Alman istehsalçısının əməliyyat mənfəətinin və nağd pul axınının önümüzdəki rüblərdə əhəmiyyətli dərəcədə yaxşılaşmasının gözlənilmədiyi vurğulanan açıqlamada, “Volkswagen”in sektordakı çətinliklər, sıfır tullantılı avtomobillərə keçiddən qaynaqlanan struktur çətinlikləri və Çindən gələn şiddətli rəqabət səbəbiylə fəaliyyətinin təzyiq altında qalacağı vurğulanıb.

“Moody's” də fevralın 21-də yapon istehsalçısı “Nissan”ın kredit reytinqini aşağı salmışdı.