
Zəlzələdə ölənlərin sayı arta bilər
Ölü və yaralı sayı 5 mindən artıqdır
Ölü və yaralı sayı 5 mindən artıqdır
Güclü zəlzələ nəticəsində Myanma xarabalığa çevrilib
Myanmardakı təkanlar Tailanda da hiss olunub
Şərqi Asiyada yoxsulluq üzündən orqan donorlarının sayında fantastik artım var
Müvəqqəti hökumət rohincaların başqa ölkəyə köçürülməsini sürətləndirməyə çağırır
Myanmada müsəlmanlara qarşı soyqırımı davam edir
19 il aradan sonra ...
Məmmədyarov erməni jurnalistləri növbəti dəfə susdurdu
Elmar Məmmədyarov bəyanat verdi
Elmar Məmmədyarov: “Ermənistanın yeni hakimiyyəti Sərkisyanın yolu ilə getsə, ...”
Çavuşoğlu: “Onu da mənimlə ...”
Brüssel yekun bəyannamədə ehtiyat edir - ümumi məzmunlu formulla kifayətlənilə bilər
Elmar Məmmədyarov: «Lakin irəliləyişə mane olan məqamlar var»
Elmar Məmmədyarov: «Hətta tələb edirik ki, konkret nəticələr olsun»
Nazir: «Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək»»
Elmar Məmmədyarov: «Rəsmi Bakının mövqeyi aydındır»
«Myanmarda rohinca qaçqınlarının ətrafında uzun müddətdir davam edən vəziyyət həllini tapmalıdır. Bu insanlar uzun illərdir əziyyət çəkirlər». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
«Bu məsələni Çavuşoğlu ilə görüşdə müzakirə etdik, vəziyyət çox ağırdır. BMT baş katibi artıq məsələnin Təhlükəsizlik Şurasının iclasında müzakirə edilməsi üçün müraciət edib», - E.Məmmədyarov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan bu məsələni diqqətdə saxlayacaq.
Öz növbəsində, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İslam dünyasının humanitar faciəyə reaksiya verməli olduğunu bildirib.
O, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı dünən bəyanatla çıxış etdiyinə görə təşəkkür edib.
«Çox sayda insan öldürülüb. Biz rohincalara yardım edəcəyik», - türkiyəli nazir qeyd edib.