
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tramp: “Zirvədən sülh çıxmasa, Rusiyaya sanksiya tətbiq edəcəyəm”
Kreml: “Tramp, ən ağır problemlərin həllində fərqli yanaşma sərgiləyir”
Tramp: “Zirvəyə Avropa liderlərini də dəvət edə bilərəm”
Ukrayna bütün görüşlərdə masada olmalıdır
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı
Alyaska görüşü Hindistanı Ukraynadan daha çox maraqlandırır
ABŞ-ın Rusiyadan pulla aldığı torpaqlarda hər iki ölkənin prezidentləri üz-üzə gəlir
Finlandiya məsləhətləşmələrə başlayacaq
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Leyen: “Avropa, ABŞ və NATO, Ukrayna üçün ortaq mövqeni gücləndirdi”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşü yekunlaşdı. Nəticələr haqqında nə demək olar? Bu suala cavab vermək üçün görüşdən sonra yayınlanan bəyanatlara və verilən açıqlamalara diqqət yetirmək lazımdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir: “3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”.
Ancaq görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamalarına diqqət yetirsək Vaşinqton görüşü ilə bağlı nikbin notların az olduğunu görərik. Elmar Məmmədyarovun görüşdən sonra elə ilk cümləsi bundan ibarət olub: “Aramızda hələ də ciddi fərqlər qalır”. Elmar Məmmədyarov açıqlamasında bir neçə dəfə “fikir ayrılıqları” ifadəsini də işlədib. Azərbaycan xarici işlər nazirinin açıqlamasından o da məlum olur ki, həmsədrlər danışıqlar prosesində nəsə əlavə sənədlər təqdim ediblər. Elmar Məmmədyarov həmin sənədlərin nədən ibarət olduğunu açıqlamır, ancaq güman etmək olar ki, təkliflər atəşkəsin qorunmasının mexanizmlərinə aiddir. Çünki son günlər cəbhə bölgəsində artan gərginlik həmsədrləri ciddi narahat edir və onların gbu gərginliyin azaldılması yollarını axtarırlar. Elmar Məmmədyarovun açıqlamasında belə bir anlaşılmaz məqam da var: “Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Biz əhalini sülhə hazırlamalıyıq”.
Əhali sülhə mərhələli həll planı işə düşəndən sonra hazırlanmalıdır. Bu olmadan Elmar Məmmədyarovun təbirincə desək, “hərbçilərin kazarmalara qayıtması” Azərbaycanın milli və təhlükəszlik maraqlarına ziddir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir neçə gün əvvəl açıqlamalarında haqlı olaraq bunun tərsini deyir, işğalçıya təzyiqin artırılması vacibliyindən danışırdı. Elə Azərbaycan ordusunun hərbi təlimlərinin sayının artırılmasının məqsədi də budur.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vaşinqton görüşünün yekunlarına dair birgə bəyanatı Azərbaycan XİN-nin bəyanatından və Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərdən fərqlidir. Məsələn həmsədlərin bəyanatında Elmar Məmmədyarovun vurğuladığı hansısa sənəddən söz açılmır. Əksinə həmsədlərin bəyanatında Azərbaycanın maraqlarına zidd məqam var. Məsələn həmsədrlərin bəyanatında belə bir cümlə var: “Təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar”.
Biz təmas xəttində fəal olmasaq və ya snayperlərimiz işlərini görməsələr işğalçıya necə təzyiq edəcəyik? Snayperlərin geri çəkilməsi maraqlarımıza xidmət etmir. Yeri gəlmişkən Vaşinqton görüşündən bir gün sonra Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Beləliklə, Vaşinqton görüşündə nəticə əldə olunmayıb. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur. (“Atlas” Araşdırmalar Mərkəzi)