
Yunanıstan təhlükə mənbəyidir
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Adalar risk altındadır
Neft razılaşması Yunanıstanda panika yaratdı
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
İçməli suda uran tapılıb
Yunanıstanda deputatının evinin önündə partlayış
İngiltərə və Yunanıstan qarşı-qarşıya
Başqasına aid qanın vurulduğu xəstənin sağ qalma şansı 5 faizdir
Yunanıstanda 25-44 yaş arasında tibb işçisi çatışmır
AB vəsaitlərinin ayrı-seçkilik xarakterli layihələr üçün istifadə edildiyi aşkarlanıb
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Afina həyəcan təbili çalır: “Yerli əhalinin əziyyət çəkdiyi su qıtlığı, turist axını ilə dözülməz olacaq”
Ölkədə su böhranı böyüyür
42 faiz bir ölkənin payına düşüb
Evbeya adasında fövqəladə vəziyyət elan edildi
Tramp gözünü Yunanıstan limanlarına dikib
Yunanıstanın baş naziri və mühafizəkar Yeni Demokratiya (ND) partiyasının lideri Kiriakos Mitsotakis Avropa Birliyinin (AB) yunan fermerlərinə verdiyi kənd təsərrüfatı subsidiyalarının həyata keçirilməsinə cavabdeh olan OPEKEPE qurumunda yaşanan qalmaqalla bağlı açıqlama verib.
“Kathimerini” qəzetindəki xəbərə görə, sosial mediada paylaşım edən Mitsotakis hökumətinin bu məsələdə uğursuzluğunu etiraf edib və qurumu “təmizləyə bilmədiklərini” deyib. Yunanıstanın baş naziri də partiyasının tərəfdarlıq etdiyini boynuna alıb: “İşləri təmizləmək üçün əhəmiyyətli səylər edildi. Amma düzünü desək, uğursuz olduq. İndi ortaya çıxan söhbətlər qəzəb doğurur”.
“Məlum oldu ki, OPEKEPE-nin davam edən zəif tərəfləri təəssüf ki, hətta öz partiyamız daxilində də tərəfkeşliyə səbəb oldu”.
Yunanıstan hökuməti keçən ay AB-nin kənd təsərrüfatı subsidiyaları ilə bağlı fırıldaqların üzə çıxmasından sonra qurumun bağlanacağını açıqlamışdı.
Keçən həftə Avropa Prokurorluğundan (EPPO) verilən açıqlamada, iki keçmiş kənd təsərrüfatı nazirinin OPEKEPE vasitəsilə AB fondlarından sui-istifadə etdiyinə dair iddiaların sübutlarının Yunanıstan Parlamentinə təqdim edildiyi bildirilib.
Bu açıqlamadan sonra OPEKEPE faylında adı keçən Miqrasiya Naziri və keçmiş Kənd Təsərrüfatı Naziri Makis Voridis də daxil olmaqla yüksək səviyyəli şəxslər istefa vermək qərarına gəliblər. İstefa verənlərin arasında Miqrasiya Naziri Voridis, Xarici İşlər Nazirinin müavini Tasos Hatzivasileiou, Kənd İnkişaf Nazirinin müavini Dionisis Stamenitis, Rəqəmsal İdarəetmə Nazirinin müavini Kristos Bukoros və Kənd inkişafı və qida üzrə baş katib QiorQos Stratakosun adaları var.
Bu inkişaflardan sonra Mitsotakis verdiyi açıqlamada problemin həlli üçün atılacaq addımları açıqladı və hökumətinin vəziyyəti təmizləyəcəyini bildirdi.
Yunanıstanın baş naziri əlavə edib ki, Avropa vəsaitlərini haqqı olmadan alanlar bu pulları geri qaytarmalı olacaqlar. Mövcud olmayan otlaqları, çəmənliklər və sürülər var, bu işdə əli olanlar etdiklərinə görə cavab verəcəklər.