vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
DSMF-nin xərcləri artıb 11:57 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DSMF-nin xərcləri artıb

Fond 4 ay ərzində 231 manat çox xərcləyib

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Belə ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub.

Fondun xərclərinin artması nə ilə bağlıdır?

Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu isə həmçinin 2025-ci ildə yeni sosial paketin icrasına başlanılması ilə bağlıdır. 2025-ci ilin ilk 4 ayında fond tərəfindən 17500-dən çox şəxsə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır.

Bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Digər tərəfdən, qeyd olunan müddətdə fondun gəlirlərində də artım qeydə alınıb. Belə ki, fondun gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) çox olmaqla 2 milyard 715 milyon  manat olub.