vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
İnsanlar 68-ə etiraz edir 15:10 | 10 iyul 2025 | Cümə axşamı Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnsanlar 68-ə etiraz edir

Daha bir Avropa ölkəsi pensiya yaşını 70-ə qaldırmağı düşünür

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada pensiya yaşının 70-ə qaldırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Yaşama müddətinə bağlı “Hollandiya modeli” kimi sistemin tətbiqi təklif olunur.

Hazırda Almaniyada qanuni pensiya yaşı mərhələli şəkildə 2031-ci ilə qədər 67 yaşa çatdırılır. Lakin bəzi siyasi dairələr və ekspertlər bu yaş həddinin 70-ə yüksəldilməsini də ciddi şəkildə müzakirə edirlər.

Mövcud sistemə əsasən, əksər insanlar yalnız 63 yaşdan əvvəl pensiyaya çıxmaq istədikdə güzəştlə (kəsintili) pensiya ala bilirlər. Bu yaş həddi belə bir çox vətəndaş üçün çətinlik yaradırkən, 70 yaş ssenarisi ictimai müzakirələrdə ön plana çıxır.

***

Xristian Demokrat İttifaqının (CDU) bəzi nümayəndələri və iqtisadçılar pensiya yaşının orta ömür uzunluğuna uyğun şəkildə avtomatik tənzimlənməsini təklif edirlər. Almaniyanın Federal Siyasi Maarifləndirmə Mərkəzinə (bpb) görə, bu model uzunmüddətli perspektivdə pensiya yaşının 70-dən yuxarı qalxmasına səbəb ola bilər.

İqtisadi Tədqiqatlar üzrə ifo İnstitutu isə bu məsələ ilə bağlı “Hollandiya qaydasını” gündəmə gətirir. Qaydaya əsasən, əgər orta ömür uzunluğu 3 il artırsa, insanlar əlavə 2 il işləyir və yalnız 1 il daha artıq pensiya alır.

***

“Frankfurter Rundschau” qəzetinin hesablamalarına görə, “Hollandiya qaydası”nın tətbiqi üçün Almaniyada orta ömür uzunluğunun təxminən 4,5 il artması lazımdır. Hazırkı artım tempi nəzərə alındıqda, bu dəyişikliyin yalnız 45 ildən sonra gerçəkləşməsi mümkündür. Beləliklə, 2003-cü il təvəllüdlü bir vətəndaş, əgər dəyişiklik baş verərsə, 2070-ci ildə 70 yaşında pensiyaya çıxa bilər.

Hazırda isə 70 yaşda pensiyaya çıxmaq yalnız bir müzakirə mövzusudur, rəsmi qərar və ya qanun hələ yoxdur.

***

Hazırda istənilən şəxs qanuni pensiya yaşını keçdikdən sonra işləməyə davam edə bilər. Əlavə iş aylara görə pensiya məbləğinə artım formasında əks olunur. Lakin “Sparkasse” bankının hesabatına görə, Almaniya əhalisinin əksəriyyəti bu fikrə müsbət yanaşmır. Sorğular göstərir ki, respondentlərin təxminən 70 faizi pensiya yaşının hətta 68-ə qaldırılmasına qarşı çıxır.

Digər tərəfdən, Almaniya hökuməti yalnız yaş həddini deyil, pensiya sisteminin əhatə dairəsini də genişləndirmək niyyətindədir. Əmək naziri Bərbel Basın təklifinə əsasən, gələcəkdə məmurlar və sərbəst peşə sahibləri də pensiya sisteminə daxil edilə bilər. Bundan əlavə, 2026-cı ildən “pensiyaya erkən başlama” adlı yeni sistemin tətbiqi planlaşdırılır.