
Lekornu baş nazir oldu
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Gələcək nəsilləri nə gözləyir?
Fransanın ən ucuz kababçısı bağlandı
Sentyabrın 1-dən qüvvəyə minəcək
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Yeni qida normaları kimlərə şamil ediləcək?
Avropada başqa şəhərə və xaricə köçən təqaüdçülərə vacib xəbərdarlıq
Daha bir Avropa ölkəsi pensiya yaşını 70-ə qaldırmağı düşünür
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Dövlət kimlərə 59 yaşında pensiya ödəyəcək?
Daha çox yığım daha çox məbləğ demək olacaq
Almaniyadakı bu göstərici son 20 ildə dörd dəfə artıb
Kimlər təqaüdə daha tez çıxa bilərlər?
Avtomatik artırma mexanizmi müzakirə olunur
Fransada hər il noyabrın 1-də həyata keçirilən “Agirc-Arrco” pensiya artımı bu il də gündəmdədir. Ölkənin özəl sektor təqaüdçülərini əhatə edən bu sistem üzrə 2025-ci il üçün 0,6–1% arası artım nəzərdə tutulur.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, “Agirc-Arrco” sistemini birgə idarə edən işəgötürən və həmkarlar ittifaqı nümayəndələri oktyabrın 17-də yekun qərar verəcəklər. Normalda artım sentyabr ayı inflyasiya göstəricisinə əsaslanır. Fransanın Milli Statistika İnstitutu (Insee) bu göstəricini 1% olaraq açıqlayıb.
Lakin sistemin maliyyə dayanıqlılığını qorumaq məqsədilə hər il müəyyən olunan “dayanıqlılıq faktoru”nun bu dəfə 0,4 bənd səviyyəsində olması gözlənilir. Bu isə artımın 0,6%-də məhdud qalacağı ehtimalını gücləndirir.
“Agirc-Arrco” sistemindən təqaüd alanların orta aylıq maaşı təxminən 600 avro təşkil edir. Buna görə, gözlənilən artım nəticəsində pensiyalar aylıq 3,6–6 avro aralığında yüksələcək.
Bu rəqəm keçmiş illərlə müqayisədə bu göstərici olduqca aşağıdır:
Belə ki, artım 2022-ci ildə 5,2%, 2023-cü ildə 4,9%, 2024-cü ildə isə 1,6% olmuşdu.
Fransa baş naziri Sebastyen Lekornu ümumi pensiya sistemi çərçivəsində bəzi maaşların — xüsusən yüksək gəlirli təqaüdçülərin maaşlarının — dondurula biləcəyini açıqlayıb.
Beləliklə, təqaüd artımı 2025-ci ilin son rübündə təqaüdçülər üçün yeganə maaş artımı kimi önə çıxa bilər.