Qadınlarla kişilər arasında bir yaş fərq var
Güzəştli şərtlər ilə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
Güzəştli şərtlər ilə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
... Və müavinəti necə əldə etmək olar?
Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Artımın nələrə təsiri olacaq?
Yeni məbləğlər ...
Hər 100 manata ...
Dəyişiklik təqaüdçülərə nə vəd edir?
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
Vəfat edən ailə başçısının təqaüdü ailə üzvləri arasında bölüşdürüləcək
Vətəndaşlar aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirməsi vacib
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
Azərbaycanda 330 minə yaxın ahıl vətəndaş var
Prezident bir gündə iki fərman imzaladı
Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.
Müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir. Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.
Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1600 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir.