vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
Avropada pensiya həddi neçədir? 10:11 | 21 mart 2025 | Cümə Məqaləyə 90 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada pensiya həddi neçədir?

Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada əhalinin qocalması və iqtisadi tarazlıqlar səbəbindən pensiya islahatları getdikcə daha çox mübahisə doğurur. Məsələn Fransada pensiya yaşı 64-ə qaldırıldığı halda, bir çox Avropa ölkəsi bu həddi 66-67-yə qaldırmağı planlaşdırır.

2023-cü ildə Fransada qəbul edilən və böyük müzakirələrə səbəb olan pensiya islahatı iki il sonra da gündəmdədir. Nəhayət, baş nazir Fransua Bayrou görüşlər zamanı pensiya yaşının 62-yə endirilməsi ehtimalını açıq şəkildə rədd edib. 2023-cü il islahatı ilə pensiya yaşı 64-ə qaldırıldı və Bayrou bunun geri alınmayacağını vurğuladı. Fransa bu məsələdə Avropada hansı mövqedədir? Bəs, Avropada pensiya yaşı neçədir?

***

Fransada həmkarlar ittifaqı və müxalifəti 64 yaş həddinin yüksək olduğunu desələr də, hökumət Avropadakı ümumi tendensiyaları əsas gətirərək bu yaşın ağlabatan olduğu ilə razılaşır. Baş nazir qeyd edib ki, Fransa hələ də Avropada insanların pensiya yaşına görə ən erkən pensiyaya çıxan ölkələrindən biridir.

Həqiqətən də, Avropanın bir çox ölkəsi pensiya yaşını tədricən artırır. Hazırda Almaniya, İtaliya və İspaniya kimi ölkələrdə pensiya yaşı 65-dən 67-yə qədər olduğu halda, bəzi ölkələr yaxın illərdə bu həddir 68-ə çatdırmağı planlaşdırır. Bundan əlavə, keçmişdə bəzi ölkələrdə kişilər və qadınlar üçün fərqli pensiya yaşları var idi, lakin bu fərq tədricən aradan qaldırılır.

***

Avropada əhalinin qocalması və aşağı doğum səviyyəsi pensiya sistemlərinə böyük təzyiq göstərir. Sosial təminat xərclərinin davamlılığını təmin etməyə çalışan bir çox hökumətlər pensiya yaşının artırılması və ya müavinətlərin ödənilməsi müddətinin uzadılması barədə düşünürlər.

İqtisadçılar və ekspertlər yaxın illərdə Avropa Birliyində standart pensiya yaşının 66-67 ola biləcəyini proqnozlaşdırırlar. Lakin bu cür islahatlar bir çox ölkələrdə ciddi sosial əks-səda doğurur. Almaniya, İtaliya və Böyük Britaniya kimi ölkələrdə oxşar islahatlar kütləvi etirazlara səbəb oldu, Fransada isə milyonlarla insan 2023-cü il islahatlarına qarşı küçələrə çıxdı.

Pensiya sistemlərinin gələcək forması qeyri-müəyyən olaraq qaldığından, hökumətlər büdcə kəsirlərini tarazlaşdırmaq və ictimai qəzəblə üzləşmək arasında çətin tarazlıq yaratmaq üçün mübarizə aparırlar. Fransada mövcud hökumət geri çəkilmək istəməsə də, həmkarlar ittifaqları və müxalifət pensiya islahatını yenidən nəzərdən keçirmək üçün təzyiqləri davam etdirir.

 

Bəs Azərbaycanda pensiya yaşı neçədir?

 

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.