
Nökər nədir, bekar nədir
Alimlər “boş oturan” robot tozsoranlara başqa iş gördürməyi təklif edir
Alimlər “boş oturan” robot tozsoranlara başqa iş gördürməyi təklif edir
Çində ilk qaçış marafonu keçirilib
“Corleo” insan daşıya bilmək və başqa üstünlükləri ilə gələcəyin bir hissəsi ola bilər
Anasının etirazına baxmayaraq ...
Süni intellekt tamamilə yeni üsullar təklif edir
... Dərmanların insan orqanizminə daşınması üçün istifadə edilə bilər
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
Mühəndislər getdikcə daha çox real, canlı toxuma və hüceyrələrlə süni robotlar yaradırlar
... Yaxud “Tərəqqi üçün çalışmaq cinayətdir”
Nanorobotlar bədənimizdə işləməyə başlayır
O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilir
Rəqəmsal texnologiyalar erasında da fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq
Pilotsuz avtomobillər yaxın 10 ildə geniş istifadə olunacaq
«Babylon Health» iddia edir ki, süni intelekt insanlardan daha sürətli işləyəcək
Artıq yeni texnologiya xəstə şagirdlərin durumunu dəyişə bilər
Çində humanoid robot texnologiyasının son inkişafı insanlar arasında işsizlik qorxusu yaradıb. Ölkənin ən böyük texnoloji mərkəzlərinin yerləşdiyi Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasının direktor müavini Lianq bildirib ki, insanabənzər robotlar işçiləri əvəz etməyəcək.
Liang dünən verdiyi açıqlamada insanabənzər robotların ümumilikdə məhsuldarlığı artıracağını və insanlar üçün təhlükəli hesab edilən mühitlərdə işləyəcəyini bildirib.
Narahatlıqların əsassız olduğunu iddia edən məmur açıqlamasında, “Robotların insanları işsiz qoyacağına inanmırıq. Onların məhsuldarlığı artıracağını və insanların görmək istəmədiyi işləri öz üzərinə götürəcəyini düşünürük. Bu maşınlar insanların gedə bilmədiyi nəhəng kainatı və ya okeanın dərinliklərini kəşf etməkdə bizə dəstək olacaq”, – deyib.
İnsanabənzər robotların həftənin 7 günü, gündə 24 saat işləyə bildiyinə işarə edən səlahiyyətli, bunun “daha yaxşı, daha ucuz və istifadəçi dostu məhsulların” istehsalını təmin edəcəyini bildirib.
Aprelin 19-da Çində keçirilən “Yizhuang” yarımmarafonunda insanabənzər robotların iştirakı gündəm olub.
21 robot 12.000 nəfərin iştirak etdiyi 21 kilometrlik tras boyunca qaçıb. Bu ilk dəfə robotlarla insanların yarış idi. Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin istehsalı “Tiangong Ultra” 2 saat 40 dəqiqəlik nəticə ilə yarışı birinci yerdə başa vuran robot olub.
Yarışda problemi olan robotların fiziki olaraq insan təlimçiləri tərəfindən dəstəkləndiyinə diqqət çəkən Lianq, bu robotlarla insanlar arasında hər zaman həmrəylik olmasını istədiklərini qeyd edib. O, həmçinin bildirib ki, robotlar və insanlar marafonda olduğu kimi ayrı-ayrı yollarda olacaq: “Marafonda insanlar öz kurslarında fiziki məhdudiyyətlərini artırdılar. Robotlarla birlikdə hərəkət etdiyi və öz sərhədlərini bilddiyi ayrı bir yol var idi. Bununla belə, robotlar insanların finişə çatmaq üçün yarışdığı trası ələ keçirməyə cəhd etməyib. Gələcək də belə olacaq”.