
“X” və “xAİ”-nin birləşməsindəki sirr
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
DOGE-nin qeyri rəsmi başçısı idarədə kəşfiyyat aparacaq
Trampın sağ əli jurnalistin milli təhlükəsizlik rəsmiləri ilə qrup söhbətinə necə qoşulduğunu müəyyən etməlidir
Braziliyalı hakim “X” platformasına tətbiq etdiyi 3 milyon avro cəriməni milyarderin digər şirkətinin bank hesabından çıxarıb
Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb
“Vaxtı olsa, ...”
İlon Maskdan “Google”a “Donald” reaksiyası
“Qubernatorun imzaladığı gender qanunu uşaqlar üçün təhlükəlidir”
Hadisə sosial şəbəkənin səhmlərinin 25 faiz bahalaşmasına səbəb oldu
«SpaceX» şirkəti kosmosa 12 min peyk göndərir
«SpaceX» şirkəti kosmosa 12 min peyk göndərir
Elon Mask gələn il şirkətin fabriklərində işə başlayacaq “həqiqətən faydalı insanabənzər robotlar” istehsal edəcək. Hər biri 20 min dollara başa gələcək robotların kütləvi istehsalına 2026-cı ildə başlanacaq.
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın sahibi İlon Mask gələn il şirkətdə daxili istifadə üçün insanabənzər robotlara sahib olacağını açıqlayıb. Mask “X” hesabındakı paylaşımında “Tesla gələn il öz istifadəsi üçün həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq. “Biz 2026-cı ildə başqa şirkətlərə satmaq üçün kütləvi istehsala başlayacağımıza ümid edirik”, – dedi.
***
Mask aprel ayında bildirmişdi ki, “Optimus” adlı robot bu ilin sonuna qədər zavodda işləyə bilər və 2025-ci ilin sonuna qədər satışa hazır ola bilər. O, hər robotun 20 min dollara (təxminən 34 min manat) başa gəlməsini hədəflədiyini deyib.
Mask 2019-cu ildə “bir il ərzində sürücüsüz taksilər (robotaksis) istehsal edəcəklərini” açıqlamışdı. Robotaksisin tətbiqi oktyabr ayına qədər təxirə salınıb.
***
Elektrikli avtomobillərə tələbatın azaldığı bir vaxtda “Tesla” getdikcə süni intellekt, avtonom idarəetmə və robotlar kimi texnologiyalara diqqət yetirir və digər layihələr üzərində də işləyir.
***
Bu yaxınlarda Kannda keçirilən Lions Beynəlxalq Yaradıcılıq Festivalında çıxış edən Mask “Tesla”nın insanabənzər robotu ilə bağlı məqsədlərini müzakirə edib. O, dünyanın “Optimus” robotunu dost kimi görməsini istəyir.
“Düşünürəm ki, insanlar öz şəxsi “Optimus” robotlarını bir növ dost kimi görməyə başlayacaqlar”, deyib və onu Ulduz Döyüşlərinin robotu “R2-D2” kimi pop mədəniyyət personajlarına bənzədib.
“Tesla”nın hal-hazırda Optimus-u insana bənzətməyi planlaşdırmadığını izah edərkən Mask zarafatla şirkət robotu “yaxşı görünüşlü” etmək istəyir deyib.
“Tesla” sahibi tam funksional botların geniş tapşırıqları yerinə yetirə biləcəyini və bir ev üçün bir növ şəxsi köməkçi kimi çıxış edə biləcəyini söylədi.
“Siz ondan itinizi gəzdirməyi, evinizə, uşaqlarınıza baxmağı, şam yeməyi bişirməyi, pianoda çalmağı xahiş edə bilərsiniz – bu, ümumiləşdirilmiş bir insanabənzər robotdur”, – deyib.