
Maskın yerinə CEO axtarılır
“Tesla” ilə bağlı dünyanı şoka salan iddia
“Tesla” ilə bağlı dünyanı şoka salan iddia
Türk əsilli senatorun “Tesla” açıqlaması Almaniyanı qarışdırdı
Milyarderin DOGE-dəki səlahiyyət müddəti mayın 30-da başa çatır
“Optimus” istehsalına əngəl yaradan Çin qarantiya istəyir
“Tesla” inverstorları şirkət direktorunun fəaliyyətindən narazıdır
Maska “Tesla” xəbərdarlığı
Avtomobil istifadəçiləri kütləvi iddia qaldırmağa hazırlaşırlar
Mask “Cybercab” və “Semi” modellərinin sınağına başlamağı planlaşdırırdı
Süni intellekt nəhəngi yeni sosial platforma yaradır
Elektrikli avtomobillər nasazlıqda baxımından çox üstündür
“iPhone” qiymətləri uça bilər, “Tesla” isə düşdükcə düşür
“Tesla” səhmləri ciddi enişlə üzləşir
Mask vəzifədən getdikdən sonra Trampın müşaviri olaraq qalacaq
Ümumi sərvətləri isə 16,1 trilyon dollara çatıb
Tramp: “Onun dövlət qulluğunda 130 günlük məhdudiyyət var idi”
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
Tənzimləyici sənədlərə əsasən, “Tesla”nın baş icraçı direktoru (CEO) Elon Mask “Twitter”də 9,2 faiz paya sahib olub və təxminən 73,5 milyon səhm alıb. Maskın “Twitter”dəki payı passiv sərmayə hesab olunur, yəni Mask səhmlərin alış və satışını minimuma endirmək istəyən uzunmüddətli investordur.
Son həftələrdə Mask “Twitter”də söz azadlığı və demokratiyanın əsas prinsiplərinə riayət edilməməsi nəticəsində onun pozulması ilə bağlı suallar qaldırıb.
O, həmçinin rəqib sosial media şəbəkəsi yaratmağı da düşünür və sənaye analitikləri tez-tez fikrini dəyişən icraçı direktorun uzun müddət kənarda qalacağına şübhə ilə yanaşır.
“Wedbush Securities”dən Dan Ives müştəri qeydində bildirib ki, “biz bu passiv payı “Twitter”in idarə heyəti ilə daha geniş danışıqların başlanğıcı kimi görürük ki, bu da nəticədə “Twitter”in aktiv payına və potensial daha aqressiv sahiblik roluna gətirib çıxara bilər”.
Bazar ertəsi səhm birjalarının açılışından əvvəl “Twitter”in səhmləri 25 faiz bahalaşıb. “Twitter”də 80 milyondan çox izləyicisi olduğunu deyən Mask rəqib sosial media platforması yaratmaq üçün “ciddi fikirləşdiyini” bildirib. O, “Twitter”dən istifadəsi ilə bağlı maliyyə tənzimləyiciləri ilə dəfələrlə toqquşub.
Keçən ayın əvvəlində Mask federal hakimdən qiymətli kağızlar tənzimləyicilərinin məhkəməyə çağırış vərəqəsini və onun “Twitter”dəki yazılarının əvvəlcədən təsdiqləməli olduğuna dair 2018-ci il məhkəmə razılaşmasının ləğvini xahiş edib.
ABŞ-ın qiymətli kağızlar üzrə tənzimləyiciləri “Tesla” və CEO-nun tvitləri ilə bağlı məhkəməyə çağırmaq üçün qanuni səlahiyyətlərinin olduğunu və Maskın tvitlərinin əvvəlcədən təsdiqlənməsi ilə bağlı 2018-ci il məhkəmə razılaşmasının ləğvi ilə bağlı addımlarının etibarlı olmadığını deyir.
Maskın “Twitter” səhmlərindəki payı ilə bağlı açıqlaması “Tesla Inc”in birinci rüb üçün tədarük göstəricilərini açıqlamasından iki gün sonraya təsadüf edir.
Şirkət bu dövr ərzində 310 000 avtomobil tədarük etdiyi halda, bu rəqəm gözləntilərdən bir qədər aşağı olub.