
Yalan, təhdid, şantaj, intriqa
Süni intellekt modellərinə nə baş verir?
Süni intellekt modellərinə nə baş verir?
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Biz hələ ...
“ScamChatBot” dələduzların məlumatlarını götürür və hesablarını dondurur
“Qapını döyən insandır, yoxsa robot?” dövrü başlayır
Süni intellekt hallüsinasiya görür
Azərbaycanın ilk Süni İntellekt Akademiyası dərslərə başlayır
Oflayn rejimdə işləyə bilən proqramın performansı telefonun gücündən asılı olaraq dəyişə bilər
İş dünyasının qızıl qaydası dəyişdi
Rinqdə üz-üzə gələn insanabənzər metalların yumruqları havada uçuşub
“OpenAI”nin yeni modeli “o3” “bağlamaq” əmrlərinə müqavimət göstərdi
Bağlanma ilə hədələnən robot yaradıcılarını təhdid edib
Təhsildə Estoniya modeli Finlandiyanı geridə qoyub
Köməyindən istifadə etdikdən sonra “ChatGPT”yə təşəkkür etməyin
Elon Mask süni intellekt yarışında sürət qazanmaq üçün özünün sosial media şirkəti “X”ni süni intellekt üzrə startap “xAI” ilə birləşdirməklə texnologiya dünyasında böyük bir addım atıb. Bu birləşmənin bütün dünyada böyük təsiri olsa da, ABŞ-ın “Semafor” xəbər saytında dərc olunan məqalədə bunun Maskın planlarında yalnız ilk addım olduğu bildirilir.
125 milyard dollarlıq müqavilə Qrok kimi modelləri “X”in məlumat gücü ilə daha da təkmilləşdirmək imkan verəcək. “Tesla” tərəfindən təmin edilən nəhəng məlumat bazası bu süni intellekt hərəkətinin ən böyük “kozır”larından biri olacaq. Maskın vizyonu “X”, “xAI” və “Tesla”nı vahid süni intellekt ekosistemində bir araya gətirməyi hədəfləyir.
Maskın şirkətləri artıq öz işçilərini və resurslarını bölüşürdülər. Bu birlik artıq qanuniləşib. Müqavilə “X”a sərmayə qoyan Maskın dəstəkçilərini indi “xAI” səhmdarları edir.
***
Mask “X” vasitəsilə etdiyi şərhdə, tamamilə səhmlərlə edilən bu sövdələşmədə əvvəllər “Twitter” adı ilə tanınan “X”in 45 milyard dollar dəyərində, Qrok adlı süni intellekt söhbət modelini inkişaf etdirən “xAI”nın isə 80 milyard dollar dəyərində qiymətləndirildiyini açıqladı.
““XAI” və “X”in gələcəyi bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatların, modellərin, hesablamaların, paylanmanın və imkanların birləşdirilməsində növbəti addımı atırıq. Bu kombinasiya “xAI”nin qabaqcıl Süni intellekt imkanlarını “X”in geniş əhatə dairəsi ilə bir araya gətirərək inanılmaz potensialı ortaya çıxaracaq”, – Mask deyib.
Mask bu addımı təkcə strateji deyil, həm də ayrılmaz bir addım kimi qiymətləndirib. Maskın açıqlamasına görə, Qrokun inkişafı birbaşa “X”də məlumat axınından asılı olacaq. Eyni zamanda, “chatbot” bu platforma vasitəsilə son istifadəçilərlə əlaqə saxlayacaq.
İlon Maskın korporativ imperiyasını süni intellekt konqlomeratı kimi görən analitiklərin fikrincə, bu addım çoxdan gecikmiş birləşmə idi.
“X” “xAI” üçün təlim məlumatlarını təmin edir və birbaşa istehlakçılara çatan nadir təməl model təşəbbüslərindən biridir.
Qrok bəzi testlərdə yaxşı nəticə göstərsə də, “OpenAI”, “Anthropic” və “Google” kimi rəqiblərdən geri qalır. Mask “xAI”ni dünyanın aparıcı süni intellekt şirkəti etməkdə qərarlıdır.
***
Maskın “X”dən başqa daha qiymətli məlumat mənbəyi var – “Tesla”. Yollarda təxminən 5 milyon “Tesla” avtomobili var, hər biri multimodal məlumatları toplayan mobil robot kimi fəaliyyət göstərir.
Bu məlumatlar təkcə yeni modellərin hazırlanmasında istifadə edilməyəcək, həm də “Tesla”nın avtonom idarəetmə sistemlərini gücləndirəcək.
Tam avtonom sürücülük sistemi “ChatGPT” kimi “transformator” arxitekturasından istifadə edir. “Tesla” da insanabənzər robotlar istehsalına doğru irəliləyir. Bu təşəbbüs daha çox video məlumat bazası tələb edəcək və həmçinin yaradacaq.
Əvvəlki “SolarCity” alışı kimi, birləşmə Maskın qeyri-etik davrandığına inanan bəzi tənqidçilərin diqqətini çəkib. Lakin Maskın investorları bu tənqidlərə məhəl qoymurlar. Onlar Maskın vizyonuna sərmayə qoyurlar. Bu birləşmə sadəcə bir maneəni aradan qaldırır.
Mümkündür ki, “Tesla” bir gün “xAI” ilə birləşdirilə bilər, lakin bu, böyük bir ictimai ticarət şirkəti olan “Tesla” üçün daha mürəkkəb bir proses olardı.
“The New York Times” qəzetinin jurnalisti Mayk Isaak müqaviləni açıq şəkildə tənqid edib. “Nağd pul yandıran biznes modeli süni intellektə olan həvəsin yaratdığı texnologiyaya sərmayə çılğınlığında daha bir zəif biznesi udmaqda davam edir. Sahibi faktiki prezident olana qədər bu digər biznes alış qiymətindən xeyli aşağı qiymətləndirilirdi. Bu rəqəmlərin hamısı investisiya raundlarında iştirak etmək istəyən investorlar tərəfindən düzəldilib”, – deyən İsaak Maskın spekulyativ və əsassız strategiyasını tapdığını bildirib.