vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏNAYE, AQRAR  
Tariflər “Tesla”nın planlarını alt-üst etdi 13:42 | 16 aprel 2025 | Çərşənbə Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tariflər “Tesla”nın planlarını alt-üst etdi

Mask “Cybercab” və “Semi” modellərinin sınağına başlamağı planlaşdırırdı

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın Çin mənşəli məhsullara tətbiq etdiyi yüksək gömrük rüsumları səbəbindən “Tesla” çətin dövr yaşayır. “Reuters”ə danışan məsələ ilə bağlı bilavasitə məlumatı olan bir mənbəyə görə, “Tesla”nın maraqla gözlənilən “robotaxi” modeli “Cybercab” və ağır yük avtomobili modeli “Semi” üçün Çindən hissələrin idxalı dayandırılıb. Bu, hər iki modelin kütləvi istehsal qrafikini gecikdirə bilər.

***

Başlanğıcda Tramp administrasiyasının Çin məhsullarına tətbiq etdiyi 34 faizlik əlavə tarifi qəbul etməyi planlaşdıran “Tesla”, daha sonra vergi dərəcələrinin müvafiq olaraq 84 faizə, daha sonra isə 125 faizə yüksəldilməsi ilə böyük maliyyə yükü ilə üzləşdi. Hazırda Çin mallarına tətbiq edilən ümumi vergi dərəcəsi 145 faizə çatıb. Bu səbəbdən “Tesla” ehtiyat hissələri tədarükü planlarını müvəqqəti olaraq dayandırıb.

***

Məlumatlara görə, “Tesla” oktyabr ayında “Cybercab” və “Semi” modellərinin sınaq istehsalına başlamağı planlaşdırırdı. Kütləvi istehsal 2026-cı il üçün nəzərdə tutulmuşdu. Bununla belə, mövcud inkişaflar bu cədvəli təhlükə altına qoya bilər.

***

“The Washington Post” qəzetinin yazdığına görə, məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınan “Tesla” sahibi Elon Mask birbaşa Trampla əlaqə saxlayıb və yeni tətbiq edilən yüksək vergilərin geri götürülməsini istəyib. Digər tərəfdən, son vaxtlar “Tesla”nın qlobal satış rəqəmlərində ciddi azalma müşahidə olunur. Bundan əlavə, bəzi ölkələrdə, xüsusən də ABŞ-da “Tesla” mağazalarına qarşı etirazlar və hücumlar olub.