
Hər maşının qiyməti 400 min avro idi
Alman lüks avtomobil istehsalçısı müflis olur
Alman lüks avtomobil istehsalçısı müflis olur
Yaşlı qadın cərimədən necə yayındı?
Qlobal elektrik avtomobil satışları birinci rübdə 29 faiz artıb
Trampın geri addımları qlobal bazarlarda gündəmdədir
Cinayətkarların ən çox sevdiyi modellər, rənglər, hətta şəhərlər var
Almaniyada ən çox oğurlanan avtomobil modelləri – yerli marka yoxdur
Avtomobil sənayesi dövlətlər üçün niyə önəmlidir?
Alman avtomobil nəhəngləri AB rəhbərliyini Trampla təcili danışıqlara çağırır
ABŞ-ın avtomobil tarifləri AB-ni hərəkətə keçirməyə təşviq edir
Yanacaqla işləyən avtomobillərin satışı hər il azalır
45 faizlik idxal göstəricisi dilerləri qanunsuzluğa vadar edir
Rusiyada avtomobil satışı pik həddinə çatıb
Əlil arabalarından istifadə edən insanların hərəkətinin asanlaşacağı gözlənilir
Yanacaqsız hava səyahətində “mərhələ” addımı
Elektromobillər yeni batareya texnologiyası ilə 1 milyon kilometr qət edəcək
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
Gecə maşın sürmək getdikcə çətinləşir. Son illərdə bir çox sürücülər və piyadalar “LED Xenon” avtomobil faralarının ağarmış, daha güclü və demək olar ki, göz qamaşdırıcı hala gəldiyindən şikayətlənirlər. Bəs bu dəyişikliyin arxasında nə dayanır? Mütəxəssislərin diqqət çəkdiyi diqqətçəkən detallar...
Xüsusilə yeni model avtomobillərdə istifadə olunan güclü “LED Xenon” faralar sürücülər və piyadalar üçün ciddi problemə çevrilib. Gözləri yoran bu yeni nəsil faralar qanuni hədlər daxilində olsa da, yol hərəkəti təhlükəsizliyi baxımından narahatlıq yaradır.
***
Əvvəllər sarı işıq yayan ənənəvi faralardan istifadə edildiyi halda, indi demək olar ki, bütün yeni avtomobillərdə ağ və mavi tonlu LED faralara üstünlük verilir. Bu fənərlər texniki cəhətdən qanuni hədləri aşmasa da, insan gözü üçün daha narahatedici təsir yaradır. Mütəxəssislərin fikrincə, ölçü sistemləri işığın intensivliyini hesablayarkən gözün işığı necə qəbul etdiyini nəzərə almır. Bu da qarşıdan gələn avtomobillərin faralarından sürücülərin hədsiz dərəcədə narahat olmasına səbəb olur.
Bundan əlavə, ksenon faralar bəzi avtomobillərdə uyğunsuzluğa səbəb ola bilər. Hər bir avtomobilə faraların quraşdırılması üçün müəyyən qaydalar var və bu qaydalara əməl edilməməsi yol-nəqliyyat hadisələri kimi ağır nəticələrə səbəb ola bilər. Yanlış quraşdırma və ya yüksək tənzimlənən faralar digər sürücüləri narahat edə və qəzalara səbəb ola bilər.
***
Xüsusilə yüksək SUV-lərin fənərləri birbaşa piyadaların göz səviyyəsində olduğu üçün böyük təhlükə yaradır. Bu qəfil güclü işıq səbəbindən piyadalar yolu görməkdə çətinlik çəkə, bəzi hallarda isə nəqliyyat vasitələrinin fərqinə varmaya bilər. Bu da yol-nəqliyyat hadisələri riskini artırır.
***
Bəzi avtomobil istehsalçıları bu problemi həll etmək üçün adaptiv fənərlər hazırlayırlar. Bu sistemlər qarşıdan gələn avtomobilləri və ya piyadaları aşkar edərək işığın intensivliyini avtomatik azalda bilər. Lakin bu texnologiya hələ bütün avtomobillərdə geniş yayılmayıb və bəzi ölkələrdə qanuni qaydalara görə onun istifadəsi məhduddur.
***
Avtomobil sənayesi LED faraların daha yaxşı görünmə təmin etdiyini iddia etsə də, oftalmoloqlar və yol ekspertləri görmə itkisi, gecə korluğu və qəza riskinin artması barədə xəbərdarlıq edirlər. Mövzu ilə bağlı yeni qaydaların gəlməsi gözlənilir.
Avtomobilin fənərlərindəki bu dəyişiklik texnoloji irəliləyiş kimi görünsə də, sürücü və piyadaların təhlükəsizliyi baxımından ciddi müzakirələrə səbəb olur. Gecə səyahət edərkən diqqətli olmaq faydalıdır!