
İnsanabənzər robotlar narahatlıq yaradır
Çinli işçilərin gələcəyi qeyri-müəyyəndir
Çinli işçilərin gələcəyi qeyri-müəyyəndir
Alimlər “boş oturan” robot tozsoranlara başqa iş gördürməyi təklif edir
Çində ilk qaçış marafonu keçirilib
“Corleo” insan daşıya bilmək və başqa üstünlükləri ilə gələcəyin bir hissəsi ola bilər
Anasının etirazına baxmayaraq ...
Süni intellekt tamamilə yeni üsullar təklif edir
... Dərmanların insan orqanizminə daşınması üçün istifadə edilə bilər
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
Mühəndislər getdikcə daha çox real, canlı toxuma və hüceyrələrlə süni robotlar yaradırlar
... Yaxud “Tərəqqi üçün çalışmaq cinayətdir”
Nanorobotlar bədənimizdə işləməyə başlayır
O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilir
Rəqəmsal texnologiyalar erasında da fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq
Pilotsuz avtomobillər yaxın 10 ildə geniş istifadə olunacaq
«Babylon Health» iddia edir ki, süni intelekt insanlardan daha sürətli işləyəcək
Artıq yeni texnologiya xəstə şagirdlərin durumunu dəyişə bilər
Çinin Hançjou şəhərində keçirilən Dünya Robot Yarışmasında ilk dəfə olaraq insanabənzər robotlar arasında döyüş yarışı keçirilib.
“Unitree Robotics” tərəfindən hazırlanmış dörd G1 modeli insanabənzər robot insan “məşqçiləri” tərəfindən uzaqdan idarə olunan rinqə çıxdı.
Çəkisi təxminən 35 kiloqram, boyu 132 santimetr olan robotlar iki mərhələdən ibarət yarışda rəqiblərinin başına və ya gövdəsinə yumruq və təpik zərbələri endirib, xal qazanıblar. Bir yumruq bir xal, bir təpik üç xal qiymətləndirilib. Düşən robotlar beş xal itiriblər.
***
Yarışma görüntülərində robotların hərəkətlərinin axıcı, lakin təsir gücünün zəif olduğu görülüb. Bununla belə, robotların hərəkətləri tamaşaçıları valeh edib.
Bəzi robotlar müvazinətini itirərək yerə yıxılsa da, əksəriyyəti qısa müddətdə ayağa qalxa bilib.
“Unitree”nin icraçı direktoru Vanq Qixin, döyüş hərəkətlərinin süni intellekt texnologiyası ilə robotlara öyrədildiyini və bu hərəkətlərin peşəkar idmançıların məlumatları ilə virtual mühitdə modelləşdirildiyini söylədi.
Jejianq Universitetinin tədqiqatçısı Li Gaofenq bildirib ki, Çin son altı ayda insanabənzər robot texnologiyasında böyük irəliləyiş əldə edib. Bu inkişaflar sürətlə rinqə köçürülüb.
***
Mütəxəssislərin fikrincə, bu cür görüşlər təkcə əyləncədən ibarət deyil. Robotlar bir-biri ilə döyüşərək öyrənirlər.
Eyni zamanda, tədqiqatçılar robotların işləmə tərzinə baxaraq, yeniləmələri necə edə biləcəklərini qiymətləndirirlər.
Döyüş kimi yüksək koordinasiya və reaksiya vaxtı tələb edən ssenarilər robotların elektron komponentləri və idarəetmə alqoritmləri üçün əla sınaq meydançaları yaradır. Robotlar bir-birini döyərək təkmilləşir.
Sənaye analitikləri iddia edirlər ki, bu görüşlər Çinin sürətlə inkişaf edən robot texnologiyasında hissetmə, reaksiya və idarəetmə sistemlərində yeniliklərə təkan verəcək.