
500 nəfərlik yüksək ixtisaslı iş yeri
“Amazon” ABŞ-a 10 milyard dollarlıq investisiya yatıracaq
“Amazon” ABŞ-a 10 milyard dollarlıq investisiya yatıracaq
Rinqdə üz-üzə gələn insanabənzər metalların yumruqları havada uçuşub
Çinli işçilərin gələcəyi qeyri-müəyyəndir
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məşhur iş adamı Ceff Bezos evlənir, qonaq siyahısı məşhurların paradıdır
Şirkətin xalis mənfəəti ötən ilə nisbətdə 75 faiz olub
Alimlər “boş oturan” robot tozsoranlara başqa iş gördürməyi təklif edir
Trampın təriflədiyi Bezosu administrasiya sözçüsü sabotajda ittiham edir
Çində ilk qaçış marafonu keçirilib
“Corleo” insan daşıya bilmək və başqa üstünlükləri ilə gələcəyin bir hissəsi ola bilər
Dünyanın ikinci ən varlı adamı məhkəməlik olub
Anasının etirazına baxmayaraq ...
Süni intellekt tamamilə yeni üsullar təklif edir
... Dərmanların insan orqanizminə daşınması üçün istifadə edilə bilər
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
Mühəndislər getdikcə daha çox real, canlı toxuma və hüceyrələrlə süni robotlar yaradırlar
İnsan kimi yeriyə bilən və nitqi anlayan insanabənzər robotlardan kuryer kimi istifadə etməyə hazırlaşan şirkət səssiz sınaqlara başlayıb. Süni intellektlə təchiz edilən robotlar nəinki sifariş gətirəcək, həm də sizinlə əlaqə saxlayacaq.
ABŞ-ın e-ticarət nəhəngi “Amazon”, inqilabi bir yenilik ilə çatdırılma proseslərində dəyişikliyə hazırlaşır. Şirkət yeriyə bilən insanabənzər robotlardan istifadə edərək birbaşa qapınıza çatdıra bilən sistem üzərində işləyir. İlk sınaqlar San Fransiskoda başlayıb və gələcəkdə bu robotların küçələrdə dolaşması xəyal deyil, reallığa yaxındır.
***
“Amazon”un yeni layihəsində, insan kimi yeriyə bilən və əmrlərə cavab verən insanabənzər robotlar paketləri birbaşa müştərilərə çatdırmağı hədəfləyir. Çatdırılmaya yönəlmiş bu robotlar şirkətin əvvəllər hazırlanmış anbardaxili süni intellekt sistemlərindən faydalanır. Hazırda onlar konkret test zonasında sınaqdan keçirilir. Texnologiyanın uğur qazanacağı təqdirdə onun şəhər həyatına inteqrasiyası planlaşdırılır.
***
“Amazon” təkcə çatdırılmada deyil, həm də robotlarla anbar əməliyyatlarının aparılmasında ciddi sərmayələrə malikdir. Şirkətin “Lab126” adlı “Ar-Ge” müəssisəsində hazırlanmış insanabənzər robotlar təbii dil əmrlərini qəbul edə bilir. Şirkət bu robotların gündəlik dildə “O sarı qutunu götür” kimi təlimatları başa düşə və buna uyğun hərəkət edə bildiyini açıqladı.
***
“Amazon” bu layihə ilə insan-robot qarşılıqlı əlaqəsini müəyyən mənada təbii hala gətirməyi hədəfləyir. Çatdırılma proseslərində robotların sınaqdan keçirilməsi, gələcəkdə kuryerləri əvəz edə biləcək avtonom sistemlərin ilk addımı kimi qiymətləndirilir.
Süni intellektin gündəlik həyata təsiri günü-gündən artsa da, “görəsən, qapını döyən insandır, yoxsa robot” dövrü artıq çox da uzaq görünmür.