vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
“Amazon”un ən qazanclı ili 07:57 | 2 may 2025 | Cümə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amazon”un ən qazanclı ili

Şirkətin xalis mənfəəti ötən ilə nisbətdə 75 faiz olub

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amazon”un rüblük hesabatı gözləntiləri üstələyib.

Şirkətin yaydığı hesabatda ümumi gəlir – 155.7 milyard dollar göstərilib

İllik artım 9 faiz olub. Analitiklərin gözləntisi olan 155.1 milyardı idi.

Səhmlərdə də xeyli yüksəliş var, mənfəət (EPS) – 1.59 dollar olub, gözlənti 1.36 isə idi.

AWS-in (Amazon Web Services) gəliri: 29.3 milyard olub. İllik 17 faiz artım olub, burada real rəqəmlər gözlənilən (29.4 milyard) cüzi azdır.

Növbəti rüb proqnozu aşağıdakı kimidir.

Gəlir proqnozu – 159-164 milyard dollar aralığında, ortalama  161.5 milyard, analitik gözlənti 161 milyard idi.

Əməliyyat mənfəəti proqnozu – 13-17.5 milyard, ortalama 15.25 milyard dollar. Gözlənti 17.8 milyard idi.

Təcübləndirən faktlar aşağdakılardır.

1. “Amazon”un son 12 ay üzrə (TTM – trailing twelve months) xalis mənfəəti 65.9 milyard dollar təşkil edib və bu şirkət tarixində rekord göstəricidir.

Bu rəqəm əvvəlki ilə nisbətdə 75 faiz artım deməkdir. Artıma əsasən “Amazon Web Services” (AWS) və Şimali Amerika pərakəndə satış bölməsi böyük töhfə verib.

Bu qədər böyük artım, “Amazon”un maliyyə baxımından güclü vəziyyətdə olduğunu və müxtəlif biznes sahələri üzrə mənfəətliliyini genişləndirmə qabiliyyətini göstərir.

2. “Amazon” səssiz şəkildə nəhəng bir reklam biznesi qurub. 2024-cü ildə “Amazon”un reklam gəlirləri 56.2 milyard dollar təşkil edib. Bu, şirkətin ilk dəfə 50 milyard səviyyəsini keçdiyi il olub.

Artım “Amazon”un rəqəmsal reklam bazarında sürətlə böyüdüyünü və “Google” və “Meta” kimi liderlərlə rəqabətə girməyə başladığını göstərir.

Amazon güclü rüblük nəticələri açıqlasa da, yeni tariflər və ehtiyatlı gələcək proqnozlar investorların səhmləri satmasına səbəb olub . Nəticədə qiymət – 5 faiz düşüb .

“Apple”daki kimi  gələcək dövr üçün olan narahatçılıq “Amazonda” da qeyd olunduğu üçün qiymət düşüb və hər 2 şirkətdə gələcəyə optimist baxan investorlar üçün yaxşı alış fürsəti yaranıb. Ehtimal olunur ki, mayın 11-ə qədər hər 2 şirkət səhmlərdəki bu enişi bərpa edib hətta yükələcək.