vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TEXNİKA  
“Amazon” “App Store”un sonu 12:42 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amazon” “App Store”un sonu

Android istifadəçilərinə təsiri nə olacaq?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amazon” şirkəti “Android” cihazlarda “App Store” xidmətini dayandırır. Beləliklə, “Google Play Store”a uzun illər alternativ sayılan bir seçim də ortadan qalxır.

ABŞ-lı “Amazon” onlayn pərakəndə şirkəti, Android cihazlar üçün təqdim etdiyi tətbiq mağazasını bağlamaq qərarına gəlib. Şirkətin rəsmi saytında yayımlanan açıqlamada bildirilir ki, istifadəçilər bundan sonra mobil telefon və planşetlər vasitəsilə “Amazon App Store”a daxil ola bilməyəcəklər.

Bağlanma tarixindən etibarən, “Amazon App Store” üzərindən yüklənmiş tətbiqlərin Android cihazlarda işləyəcəyinə zəmanət verilmir – bu, şirkətin sual-cavab bölməsində (SSS) qeyd olunub.

 

Geri qaytarmalar başladı

 

Platformanın bağlanmasından “Amazon Coins” proqramı da təsirlənir. Fevral ayından bəri bu virtual valyutanın satın alınması mümkün deyildi. İndi isə şirkət, istifadəçilərə aldıqları “coin”ləri 20 avqustdan etibarən ABŞ dollarının cari məzənnəsinə uyğun şəkildə geri qaytarmağa başlayıb. Bir “coin”, bir ABŞ sentinə bərabərdir. Bu virtual valyutadan “App Store”dan tətbiqlər almaq üçün istifadə edilirdi.

Bununla belə, “Amazon” bildirib ki, “Fire TV” və “Fire tablat” cihazlarında “App Store” xidmətindən istifadə davam edəcək. Səbəb olaraq, tətbiqin bu cihazların ekosisteminə dərin şəkildə inteqrasiya olunması və əsas komponent sayılması göstərilir. Yeni modellərdə bu inteqrasiyanın davam edib-etməyəcəyi isə hələlik məlum deyil.

 

Səbəb məlum deyil

 

Şirkətin bu addımı niyə atdığı isə açıqlanmayıb. Son dövrlərdə Amazon App Store demək olar ki, baxımsız vəziyyətdə idi. Buna baxmayaraq, çoxsaylı tətbiqləri ilə bu platforma Google Play Store üçün real alternativ hesab olunurdu.

Bu bağlanma ilə Amazon, uğur qazana bilməyən daha bir xidməti ilə vidalaşır. Ötən il şirkət, yeddi ildən sonra “Fresh” çatdırılma xidmətini də dayandırmışdı.

Bundan əlavə, Amazon, “Netflix” və digər yayım platformalarına alternativ olaraq reklamlarla maliyyələşən “Freevee” adlı video platformasını da avqust ayında bağlamağı planlaşdırır.