
Ağ Ev-“Amazon” gərginliyi
Trampın təriflədiyi Bezosu administrasiya sözçüsü sabotajda ittiham edir
Trampın təriflədiyi Bezosu administrasiya sözçüsü sabotajda ittiham edir
“Amazon”un kosmosa əsaslanan internet şəbəkəsinin ilk 27 peyki orbitə çıxdı
Ümumi sərvətləri isə 16,1 trilyon dollara çatıb
Trampın andiçmə mərasimində iştirak edən 5 zəngin insan 209 milyard dollar itiriblər
Bir milyarder Hillari Klintonla qohum olur, digəri isə subaylığa son qoyur
Qəzetin sahibi Bezos əhəmiyyətli dəyişikliklərin anonsunu verdi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
Dünyanın ikinci ən varlı adamı məhkəməlik olub
«Qara Cümə»nin rekorda çatdırdığı Ceff Bezos «Amazon» şirkətini 22 il əvvəl Sitldəki evinin zirzəmisində yaratmışdı
«Qara Cümə»nin rekorda çatdırdığı Ceff Bezos «Amazon» şirkətini 22 il əvvəl Sitldəki evinin zirzəmisində yaratmışdı
Dünyanın ən zəngin insanlarından Ceff Bezos və nişanlısı Lauren Sançez gələn ay İtaliyanın Venesiya şəhərində evlənməyə hazırlaşır. Bezosun var-dövləti və cütlüyün dəbdəbəli həyat tərzinə görə mərasim artıq “ilin toyu” kimi qəbul edilir. Toyda səhnəyə dünyanın iki məşhur müğənnisinin çıxacağı ilə bağlı xəbərlər yayılıb.
***
“Daily Mail”ə bildirir ki, cütlüyün toyunda dünya şöhrətli Ledi Qaqa və Elton Con çıxış edəcək. Daha əvvəllər də birlikdə çıxış edən iki müğənni dostluqları ilə diqqət çəkib. Qəzetə danışan mənbə bildirib ki, "Lauren toyunda inanılmaz istedadın çıxış etməsini istəyirdi. Bu, Qaqa və Eltondan çox da böyük olmadı. İki sənətçi toy şənliyinə yaxın dostlar üçün “mini tətil” kimi baxdığı da bildirilib.
Qaqa və Elton Conun nümayəndələri bu iddiaları təsdiqləməsələr də, üç günlük toy üçün Ledi Qaqanın turuna fasilə verdiyi 24-26 iyun tarixlərində baş tutacağı gözlənilir.
***
Bezos və Sançesin toyuna Keyti Perri, Oprah Vinfrey, Leonardo DiKaprio və Barbara Streyzi kimi dünyaca məşhur adların dəvət olunduğu öyrənilib. Venesiya meri Luici Brugnaro da tədbir üçün xüsusi tədbirlərin görüldüyünü açıqlayaraq, “Tədbirin şəhərin kövrəkliyinə və unikallığına hörmətlə yanaşmasını təmin etmək üçün təşkilatçılarla koordinasiyalı işləyirik” dedi.
***
Ceff Bezos əvvəllər yazıçı MakKenzi Skott ilə evli idi. 1993-cü ildə evlənən cütlük 2019-cu ildə boşanıb və 4 övladı var. Lauren Sançezin də əvvəlki münasibətlərindən üç övladı var. Cütlük təxminən beş il görüşdükdən sonra 2,5 milyon dollarlıq üzüklə nişanlanıb.