vaxtlı-vaxtında oxuyun! Bazar, 8 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
“Nikeya Kilsə Məclisi bizim üçün kompasdır” 08:17 | 8 iyun 2025 | Bazar Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nikeya Kilsə Məclisi bizim üçün kompasdır”

Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo bildirib ki, Nikeya Kilsə Məclisi keçmişin hadisəsi deyil, bütün xristianları birliyə doğru istiqamətləndirən kompasdır.

Vatikanda Birinci Nikeya Birinci Kilsə Məclisinin builki 1700 illiyi münasibəti ilə “Nikeya və Üçüncü Minilliyin Kilsəsi: Katolik-Pravoslav Birliyinə doğru” adlı simpozium keçirilib.

Simpozium iştirakçılarını təkbətək qəbul edən Papa XIV Leo çıxışında, “Nikeya Kilsə Məclisi sadəcə keçmişin bir hadisəsi deyil, bizi, bütün xristianları tam və görünən birliyə doğru istiqamətləndirməyə davam etməli olan bir kompasdır. Birinci Kilsə Məclisi, İkinci Vadilik Kilsə Məclisindən bəri katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri ümumi səyahətin təməl daşıdır”, – deyib.

Kilsə Məclisində bəyan edilən iman bəyannaməsinin bütün xristianlar üçün ortaq bir təməl təşkil etdiyini bildirən Papa, Nikeya inancını birlikdə qeyd etmənin hələ də mövcud olan parçalanmaların aradan qaldırılmasında rol oynaya biləcəyini deyib.

Papa XIV Leo ümumi məsələlər üzrə birgə məsləhətləşmələrin və qərarların qəbulu proseslərinin inkişaf etdirilməsini təşviq edib.

Pasxa bayramının ortaq bir tarixdə qeyd olunması məsələsini gündəmə gətirən Papa, təqvim fərqlərinin yaratdığı bölünmənin xristian icmalarında bəzi problemlərə səbəb olduğunu da bildirib.

Mayın 12-də Papa XIV Leo seçildiyi Konklavı (papa seçkisi) izləyən mətbuat mənsublarını qəbul edərkən, bir jurnalistin Nikeya Birinci Kilsə Məclisinin 1700-cü ildönümü üçün Nikeyaya gedəcəyi ilə bağlı sualına “Bunu bilirəm. Biz hazırlaşırıq” deyə cavab vermişdi.