
Sələfinin vəliəhdi
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Papa Fransisdən sonra seçilən XIV Leo, Müqəddəs Pyotr Bazilikasından xalqı salamladı, sülh və ədalət mesajları verdi, köklərini ənənəvi papalıq paltarları ilə vurğuladı. Peruda missionerlik edən Amerika əsilli Papa ad və söz seçimi ilə yeni dövrün ilk siqnallarını verdi.
Vatikandakı Müqəddəs Pyotr Bazilikasının eyvanından izdihamı salamlayan Papa XIV Leo onu görmək üçün barrikadaları sıxışdırıb bir-birinin üzərinə dırmaşan yüz minlərlə katolik dindarları qarşılayıb.
Yüzlərlə dindar yeni Papanı görmək üçün növbəyə düzülsə də, onun haqqında çox az şey məlumdur. Papa seçkilərində görkəmli kardinallardan biri olmayan ABŞ kardinalı Robert Prevost çoxları üçün müəmmadır.
Lakin kardinallar arasında olan bütün fikir ayrılıqlarına baxmayaraq, cəmi iki gün ərzində qeyri-adi sürətlə seçilən yeni Papanın gələcəkdə hansı yolla gedəcəyinə dair işarələr artıq hiss olunmağa başlayıb.
***
Leo Katolik Kilsəsinin tarixində Amerika əsilli ilk Papa oldu. Lakin o, həm də Peru vətəndaşıdır. Bu ölkədə illərlə missioner kimi çalışdıqdan sonra kardinal titulu alıb. Papa adını seçərkən adətən mesaj göndərmək istəyən liderlər kimi Leo da şüurlu seçimlə bu adı seçdi.
13-cü əsrdə yoxsulluğu seçən və özünü yoxsullara kömək etməyə həsr edən Müqəddəs Assisi Fransisindən ilham alan Papa Fransis kimi Leo da sosial ədalətlə eyniləşdirilən əvvəlki Papa Leonun şərəfinə adlandırılıb.
1878-1903-cü illərdə xidmət etmiş Papa XIII Leo işçilərin ədalətli əmək haqqı almaq, əlverişli şəraitdə işləmək və həmkarlar ittifaqı yaratmaq hüquqlarını müdafiə edirdi.
“XIV Leo adını seçməklə o, kilsənin humanist təlimlərinə sadiq qalacağını göstərir”, – papalığı yaxından izləyən iyezuit ruhanisi Tomas Riz deyib.
Katolik kilsəsinin inklüziv papası
Papa Leonun ikinci mesajı onun istifadə etdiyi dildə və verdiyi sözlərdə əks olunub. Sülhü vurğulayan açılış nitqi, sələfi Fransisin qlobal sülh üçün tez-tez təkrarlanan çağırışlarını təkrarladı.
O, çıxışını ingilis dilində deyil, papa dili olan italyan dilində etdi. O, həmçinin illərini keçirdiyi Perudakı icmasına ispan dilində salam göndərdi.
Əslən ABŞ vətəndaşı olan Leo çıxışında vətəninin adını çəkməyib. "La temp sia con tutti voi!" (“Hamınıza salam olsun!”) – deyə o, kütləyə müraciət edib. Bu ifadə həm katolik liturgiyasından tanış idi, həm də bugünkü müharibə dünyasında güclü çağırış idi.
Kardinalların mayın 7-də görüşdən əvvəl yaydıqları bəyanatda “Ukraynada, Yaxın Şərqdə və dünyanın bir çox yerlərindəki münaqişələr”lə bağlı kədər ifadə olunub və səmimi sülh çağırışı edilib.
***
Yeni papa Tanrının sülhünü bölüşmək istədiyini söylədi. Leo silahsız və tərksilah sülhü vurğuladı.
Papa XIV Leo da deyib ki, bu sülh davamlı və möhkəm olmalıdır. O, seçildikdən sonra çıxışında bu yaxınlarda dünyasını dəyişən Papa Fransisi də xatırladıb.
Fransis ölümündən bir gün əvvəl, Pasxa bayramında sonuncu ayini keçirdi. “Hətta zəifləmiş vəziyyətdə olsa da, biz hələ də mülayim, lakin həmişə cəsarətli Papa Fransisin səsini eşidirik”, – Leo deyib.
Sonra o, Fransisin bir neçə həftə əvvəl oxuduğu duanı təkrar edərək, "Tanrı bizi sevir. Tanrı hamını sevir. Şərə qalib gələcəyik. Biz Tanrının əlindəyik" dedi.
Unudulan libaslar günün işığına çıxdı
Papa Leonun verdiyi üçüncü işarə onun geyim seçimində gizli idi. 2013-cü ildə seçilərkən ənənəvi papalıq paltarlarından qaçan Fransisdən fərqli olaraq, Leo ağ cübbəsinin üstündə ənənəvi qırmızı papa xalatını geydi.
Bu seçim göstərdi ki, o, Fransisin irsini qəbul edəcək, lakin özünəməxsus yanaşmasını inkişaf etdirəcək.
Yeni Roma Papası elə ilk gündən bəyan etdi ki, o, başqa bir yol çəkəcək, lakin ənənələrdən qidalanan bir lider olacaq.