Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
17:57 | 5 mart 2025 | Çərşənbə
Məqaləyə 454 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Cənubi Koreya kəşfiyyatı Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərinin pilotsuz uçuş aparatları (PUA) əməliyyatları və taktikaları üzrə təlimlər aldıqlarına dair məlumatlar olduğunu bildirib.
Milli Kəşfiyyat Xidmətinin (NIS) son məlumatına görə, Moskva cəbhə xəttinə qoşun göndərmək müqabilində Pxenyana PUA texnologiyası vermiş ola bilər.
“Rusiyaya göndərilən Şimali Koreya əsgərlərinin PUA əməliyyatları və taktikaları üzrə təlim keçdiyinə dair bəzi xəbərlər var. Biz iki tərəf arasında mümkün PUA əməkdaşlığını yaxından izləyirik”, – NİS-in bəyanatında deyilir.
***
Hakim Xalq Gücü Partiyasından (PPP) deputat olan Yu Yonq-veon Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Kiyevə son səfəri zamanı ona çatdırdığı kəşfiyyat məlumatları əsasında mətbuata açıqlamalar verib.
Şimali Koreyanın Rusiyadakı 5 hərbi bazada təlim keçmək üçün 3500-ə yaxın əsgər göndərdiyini iddia edən Yu, Pxenyanın tezliklə Moskvaya dəstək üçün “üçüncü qoşun transferini” göndərə biləcəyini də irəli sürdü.
Cənubi Koreya mediası yanvar ayında Şimali Koreyanın Rusiya ilə birlikdə döyüşmək üçün Kurska 3000 əsgər göndərdiyini bildirib. Şimali Koreyanın 2024-cü ildə Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirdiyi iddia edilir.
NIS kəşfiyyat hesabatını paylaşıb ki, Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərindən 300-ü ölüb, təxminən 2700-ü isə yaralanıb.