
“QIZILALMA” Hindistanı sancılatdı
Qonşu ölkələrin Türkiyə istehsalı PUA-larla silahlanması rəsmi Dehlinin yuxusunu qaçırdıb
Qonşu ölkələrin Türkiyə istehsalı PUA-larla silahlanması rəsmi Dehlinin yuxusunu qaçırdıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
Lazerlər və PUA-larla bağlı inqilabi hərbi innovasiya
“4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Bir gecədə 67 uzaqmənzilli uçuş aparatı qeydə alınıb
ABŞ ordusu 1 milyard dollar dəyərində PUA-nın tədarükü ilə bağlı müqavilə imzalayıb
Zibilləri də yığacaqlar
24 saat ərzində ikinci hadisə
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
ABŞ-ın kosmik dronu Yerə qayıtdı
“TB-2” zərbə dronları mümkün münaqişədə hansı rolu ola bilər?
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
STM (Savunma Teknolojileri Mühendislik – Müdafiə Mühəndislik Texnologiyası) tərəfindən hazırlanmış “KARGU Strike” PUA-ları “RF Seeker Head” inteqrasiyası ilə elektron siqnallar yayan hədəfləri vurma qabiliyyətinə yiyələnib. Sistemin sınaqları uğurla başa çatıb.
Türkiyənin müdafiə texnologiyalarında müharibə meydanda güc balansını dəyişdirən addımları davam edir. STM tərəfindən hazırlanmış “KARGU Strike” PUA-ya inteqrasiya olunmuş “RF Seeker Head” uğurla sınaqdan keçirildi. Bu inkişaf göstərir ki, pilotsuz uçuş aparatları təkcə insan elementlərinə qarşı deyil, elektron siqnallar yayan hədəflərə qarşı da təsirli hala gəlib.
***
STM baş direktoru Özgür Gülərüz, “SavunmaSanayiST”ə verdiyi açıqlamada, “KARGU”nun RF axtarış sistemi ilə ilk nümayişlərinin keçirildiyini və kütləvi istehsal və satışın yaxında başlayacağını bildirdi. Gülərüz, “Oyunu dəyişdirmək və meydanda müəyyən problemləri həll etmək baxımından böyük bir səlahiyyət qazanacağımızı qiymətləndiririk”, – deyib.
***
Əvvəllər yalnız piyada əleyhinə missiyalarda istifadə edilən “KARGU”, STM-nin hazırladığı tank əleyhinə başlığı ilə zirehli hədəfləri effektiv şəkildə vura bildi. İndi RF (Radio Frequency) axtarış başlığı sayəsində düşmənin radio, radar və rabitə sistemlərini hədəfə almaq qabiliyyətinə malikdir.
Bu inteqrasiya sayəsində “KARGU” elektron müharibə imkanları ilə təchiz edilmiş pilotsuz ovçuya çevrilib. Beləliklə, ərazidə RF emissiya sistemlərinin aşkarlanması və məhv edilməsi çox aşağı qiymətə və yüksək həssaslıqla əldə edilə bilər.
***
STM-in indiyədək 10-dan çox ölkəyə minlərlə ixrac etdiyi “KARGU” modul quruluşu sayəsində daim yeni imkanlarla təchiz edilir. Gülərüz ixrac fəaliyyətlərinin intensiv şəkildə davam etdiyini və yeni inteqrasiyaların yolda olduğunu vurğulayıb.