
İşçini daim məşğul görmək istəyən rəhbərlər
“Müdirə elə gəlir ki, əməkdaşların işlədiyini görmürsə, deməli, onlar işləmir”
“Müdirə elə gəlir ki, əməkdaşların işlədiyini görmürsə, deməli, onlar işləmir”
Problemlərin “həlli” üçün sahibkar-direktor tandemi
… Hansı daha yaxşıdır?
Real nəticələr, effektivlik, iradə gücü, disiplin, əzmkarlıq – hər şeyi həll edən amillər
Sahibkarların 1000 dəfə azalan yoxlanmaları...
Əksinə professionallarla çalışmaq XƏRC deyil, İNVESTİSİYAdır
Sahibkarlıq sahəsində yoxlama qaydası dəyişdi (detallar)
... Və ya «Mən» hər şeydən üstün olanda…
Dünya Bankı biznes mühiti ilə bağlı hesabatını açıqlayıb
3 ay bu işlərlə məşğul olub, qışda «kefə baxmaq» mümkündür...
3 ay bu işlərlə məşğul olub, qışda «kefə baxmaq» mümkündür...
«Economist» jurnalı yazır ki, hər hansı biznesdə ən böyük dəyərlərdən birini onun, yəni şirkət və ya firmanın adı daşıyır. Məqalədə deyilir ki, bir çox biznesmenlər çox da baş işlətməyərək şirkətlərinə elə öz adlarını qoyurlar. Bunlardan biri də Amerikanın hazırkı prezidentidir.
Şimali Karolinadakı Duke Universiteti Fuqua Biznes Məktəbinin alimləri yazırlar ki, şirkətə öz adını verən biznesmen heç də təkcə pula qənaət etmir. Alimlərin fikrincə belə şirkətlər həm də daha çox gəlirli olur.
Alimlər Qərbi Avropanın kiçik biznesləri üzərində araşdırma aparıblar. Bu araşdırma zamanı Amadeus adlanan məlumat bankından istifadə olunub. Bu bankda 2 milyonadək şirkət və firma, onların menecmenti və maliyyə göstəriciləri haqqında təfərrüatlı məlumat toplanıb.
Sözü gedən tədqiqatda firmaların 2002-2012-ci illərdəki fəaliyyəti və gəlirləri nəzərdən keçirilib.
Tədqiqatçılar aşkar ediblər ki, şirkətlərin 19 faizi sahiblərinin adını daşıyır.
Hesablamalar göstərib ki, sahiblərinin adını daşıyan şirkətlərin gəlirləri orta hesabla başqa cür adlanan şirkətlərdən 3 faiz çox gəlir əldə edib.
Adın göndərdiyi mesaj
Amma burda bir məqam da var ki, söhbət təkcə sahibin adından getmir. Böyük gəlirləri o şirkətlər əldə ediblər ki, onların həm də ən böyük səhmdarları elə şirkət sahibləri olublar.
Alimlər bu nəticəyə gəliblər ki, şirkətinə öz adını verən şəxs siqnal göndərmiş olur. Bu o deməkdir ki, şirkət sahibi buraxacağı məhsulun reputasiyasına əmindir.
Bu həm də böyük riskdir. Müflis olub batan şirkət sahibinin də adını batırmış olur, məqalədə deyilir.
Alimlər bu qənaətdədirlər ki, müştərilər sahibkarın göndərdiyi zəmanət mesajını aldıqdan sonra pullarını məhz bu şirkətə qoyurlar.
Bu nəzəriyyənin isbat edilməsi üçün alimlər bir neçə tip adları müqayisə ediblər.
Onlar bu nəticəyə gəliblər ki, şirkətə qoyulan ad və ya soyad çox da ümumi və çox rast gəlinən ad olmamalıdır. Çünki belə adların göndərdiyi siqnal o qədər də güclü olmur.
Tədqiqatçılar qeyd edirlər ki, müştərilər şirkətin məhsulları və xidmətləri ilə şəxsən tanış olduqdan sonra adın göndərdiyi siqnal onlar üçün bir o qədər əhəmiyyət daşımır.
Məqalədə deyilir ki, biznesmenlər bu nəzəriyyəni olduğu kimi qəbul edib öz ad və soyadlarından istifadəyə tələsməməlidirlər.
Çünki bir çox hallarda ad və ya soyadla gələn qısamüddətli ilkin gəlir, sonrakı uzunmüddətli reputasiyasını korlaya bilər.