
... Ərini bıçaqladı
Başqa qadınla yazışdığı üçün ...
Başqa qadınla yazışdığı üçün ...
Gənc işsizlər sosial təzyiqdən qaçmaq üçün ofislərə pul ödəyir
Gündə 10 saatdan çox oturanların sayı artır
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Stressi spirt istehlakını artırır, 64 faizi bundan təsirlənir
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Mütəxəssislər sağlamlıq və məhsuldarlıq barədə narahatdır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Heç bir günəş kremi tam qoruma təmin etmir
Çox işlədiyiniz zaman həyəcan siqnalı verir
«Təcrübəm göstərir ki, gənc xanımlar iş həyatında oğlanlardan daha əzmkar, idarəli, disiplinlidirlər», statusum çox sayda kommentlərə səbəb oldu.
Bu mövzuda fikirlərimi belə əsaslandırım:
– İş həyatında «kafadan», yəni ilk başdan xanımlar artıq zəif, lider və idarəçi olmayan və ola bilməyən kimi davranış görürlər. Və özlərini sübut etməlidirlər. Necə? Çox sadə – real nəticələr, effektivlik, iradə gücü, disiplin, əzmkarlıq;
– Oğlan övladına ailələrimizdə böyük rəğbət var. Nəticədə oğlanı olan ailə ömrü boyunca oğlanı qoruyur. Problemlərə daha az üzləşərək böyüyən, sırf oğlan olduğuna görə qeyri-adiliyinə inandırılan oğlanlar, real həyatla qarşılaşanda bir çox şeyin fərqli olduğunu görürlər. Qızlarımın oxuduğu məktəbində görürəm – qızlar adətən tək gəlirlər, oğlanı az qala məktəbə nəsillikcə gətirsinlər;
– Oğlanlar adətən bir uğurdan sonra sanki sakitləşirlər – baxın, mən qəhrəmanam, görün nə etdim. Oğlanlar kiçik yaşlarından uğurlu və güclü olduqlarına inanırlar və bir nailiyyət onlar üçün sadəcə əlavə sübutdur. Xanımlar isə bir uğurla yetinmirlər, çünki bir «nailiyyət=təsadüf, şans, bəxt» deyilə bilər;
– «Mən də güclüyəm, mənə də diqqət yetirmək lazımdır, mən də rəhbər ola bilərəm» iddiası ilə yola çıxan xanımlar işə səhər tezdən gəlir, daha gec gedə bilirlər. «By default» güclü olduğunu düşünən oğlanlar bu mövzuda rahatdırlar – onlar «zatən» lider və rəhbər kimi doğulublar. Kreslo onlarındır. Komfort zonasında və rahatlıqda oturan və güclü olduğunu zənn edən oğlanın yanında isə hər gün kiçik addımlarla inkişaf edən xanımlar keçir. 3 il sonra isə arada böyük fərq görülür;
– Ağlaya bildiklərinə, göz yaşlarını göstərdiklərinə görə daha zəif kimi görünən xanımlar əslində psixoloji olaraq iş həyatında daha da güclüdürlər. Təzyiq qarşısında eqo və qüruruna bürünən oğlan işdən çıxdığı halda, xanım ağlayacaq, nəticə çıxaracaq və işi daha da yaxşı edəcək;
– Dəfələrlə şahidi olmuşam – xanım Zığdan şəhərə işə gecikmədən gəlir, oğlan Nərimanovdan Gəncliyə gələndə gecikir;
– Peşəkar məsləhətlər və inkişaf mövzularına xanımlar daha açıqdırlar. «Mən onsuzda liderəm» deyə düşünən oğlanın beyni və şüuru inkişafa bağlı olduğu halda, yanında oturan və özünü zəif bilən xanım eyni anda liderlik və rəhbərlik mövzusunda texnika və alətləri öyrənəcək və 2 il sonra bunları tətbiq edəcək;
Təbii ki, yazdıqlarım şəxsən heç kimə aid deyil. Buna görə məni qınayan və belə olmadığını deyən oğlanlar – əgər belə deyilsinizsə, demək ki, bunlar sizə aid deyil. Əgər beləsinizsə – o zaman dəyişmə zamanı gəldi.