İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:06 | 24 iyul 2025 | Cümə axşamı
Məqaləyə 965 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın müxtəlif şəhərlərində son iki həftə ərzində baş verən müəmmalı partlayışlar, yanğınlar və infrastruktur qəzalara bənzədilən hadisələr, təkcə təhlükəsizlik böhranı kimi deyil, həm də Tehranın daxili güc balansını silkələyən geosiyasi şok kimi qiymətləndirilir. Bu hadisələrin arxasında İsrail xüsusi xidmət orqanı “MOSSAD”ın ola biləcəyi barədə yerli mənbələrdən gələn ehtimallar təkcə iddia deyil, həm də İran rejiminin böhran qarşısında necə mexaniki və düşüncəli şəkildə reaksiya verdiyini üzə çıxarır.
Görünən odur ki, bu “qəzalar” təsadüfi deyil. Qumda apartmanda baş verən partlayışın “açıq qalan qaz sobasından” qaynaqlandığı rəsmi şəkildə bildirilsə də, hadisənin sıradan bir evdə deyil, xüsusi olaraq kirayələnmiş mənzildə baş verməsi, istisna hal deyil. Eyni günlərdə Tehranda məhkəmə əməkdaşlarının yaşadığı binada, Abadanda neftayırma zavodunda, hətta hava limanı yaxınlığında baş verən müxtəlif alovlanmalar və yanğınlar bir-birindən müstəqil infrastruktur qəzaları təsiri bağışlasa da, ortaq bir motiv – psixoloji sarsıntı yaratmaq – hər birində mövcuddur. “MOSSAD”ın illərdir apardığı qeyri-adi, hibrid əməliyyatların əsas qayəsi budur: fiziki dağıntıdan çox, sistemin özünə inamını sarsıtmaq.
Bu hadisələrin bir çoxu İranın strateji sahələri ilə birbaşa bağlıdır. İsfahana yaxın bölgələrdə – nüvə obyektlərinə yaxınlıq, məhkəmə və SEPAH üzvlərinin yaşadığı komplekslərin hədəfə alınması – göstərir ki, “MOSSAD” sadəcə “hücum etmir”, həm də “mesaj verir”. İsrailin əsas məqsədi – İranın müharibəyə hazırlıq qabiliyyətini, cavab mexanizmini, reaksiyasını ölçmək və bu strukturlarda psixoloji təxribat yaratmaqdır. Ənənəvi hərbi zərbələrə qarşı hazırlıqlı olan Tehran, bu cür incə planlanmış informativ və diversiya əsaslı hücumlar qarşısında daha zəif görünür.
İçəridə isə vəziyyət daha mürəkkəbdir. İran daxilində üç əsas güc bloku var: Ali dini liderin ətrafı (Xameneyiyə bağlı ruhani çevrə), SEPAH (İnqilab Keşikçiləri Korpusu) və daha sekulyar-bürokratik texnokrat çevrə. Hər üçü bu hadisələri fərqli yozur, fərqli reaksiyalar verir, bu da milli təhlükəsizlik qərarlarının koordinasiyasını zəiflədir. Əgər “MOSSAD” bu parçalanmanı da planlaşdırıbsa, artıq məqsədinə çatmış sayılır.
ABŞ və İsrailin regiondakı koordinasiyası da diqqətdən qaçmamalıdır. ABŞ-ın 22 iyunda İsfahan, Natanz və Fordo ərazilərinə yönəltdiyi “sığınaq delici” GBU-57 bombaları ilə həyata keçirilən hava əməliyyatı, ardınca elan olunan atəşkəs və “MOSSAD” direktorunun “İranda yüzlərlə agentimiz var” açıqlaması – bunlar sistemli sinxronizasiyanın açıq sübutudur. Hədəf, İranın hava hücum müdafiəsini çökdürmək, cavab verməyi qeyri-mümkün hala salmaq və Tehranı daxilən iflic etməkdir.
Bütün bu hadisələrin fonunda əhalinin psixoloji vəziyyəti də diqqətçəkicidir. İctimai rəyə nəzarətin ən güclü olduğu İranda belə artıq sosial mediada “İsrailin sükut içində yeni müharibəyə başladığı”na dair şərhlər yayılmağa başlayıb. Bu isə rejimin ən zəif halqası olan xalqla əlaqədə çatların böyüdüyünü göstərir.
İranın reaksiyası isə qeyri-müəyyən və sönükdür. Bir tərəfdən daxili “cadugər ovu” başlasa da, digər tərəfdən SEPAH-in Moskvada və Beyrutda keçirdiyi müşavirələr İranın bu vəziyyətə ancaq dolayı yollarla cavab verəcəyini göstərir. Ən pis ehtimal – daxildəki “mütləq düşmənin” kim olduğu bilinmir və Tehran təhdidin haradan gəldiyini konkret olaraq müəyyən edə bilmir.
Sonda isə bu nəticəyə gəlmək olar: İran daxilindəki sabotajlar təkcə maddi dağıntı yaratmır. Onlar İranın geosiyasi təfəkkürünü zədələyir, qərar qəbuletməni zəiflədir və nəticə etibarilə ölkəni yeni bir strateji xaosa sürükləyir. Əgər bir dövlət öz içində partlayan bombanın kim tərəfindən, niyə və necə qoyulduğunu müəyyən edə bilmirsə, o zaman müharibə artıq başlamış deməkdir – səssiz, dərin və məkrli bir müharibə.