Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
14:06 | 24 iyul 2025 | Cümə axşamı
Məqaləyə 809 dəfə baxılıb
Şriftin ölçüsü
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə görüşundə diqqət yetirilən məsələlərdən biri də virtual aktivlərlə (kriptovalyuta, tokenlər, NFT və s.), kriptovalyuta bazarının tənzimlənməsilə bağlı olub.
Mərkəzi Bank sədri Virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirdi.
Bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək.
Məhz bu qanun kripto birjaların və bu tip platformaların qeydiyyatı və xarici kripto-platformaların Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s bu tip məsələləri tənzimləyəcək.
Xatırladıram ki, MDB məkanında Rusiyada, Qazaxıstanda, Özbəkistanda və Belarusda bu sektorun tənzimlənməsilə bağlı qanunlar və hüquqi normalar mövcuddur.
Yeri gəlmişkən Taleh müəllimin dediyindən belə anlaşılır ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır.
Yəni rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır.
Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə də məşğuldur.
Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir.