Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:40 | 24 iyul 2025 | Cümə axşamı
Məqaləyə 525 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin hökuməti “cinsiyyətlərarası qarşıdurma” yaratdığı iddia edilən zarafatlara qarşı yeni senzura tədbirləri tətbiq etməyə başlayıb.
Ölkənin şərqində yerləşən Cıcianq əyalətində yerli hakimiyyət orqanları komediyaçılara “qarşı cinsə dair zarafatlardan uzaq durmaları” barədə rəsmi xəbərdarlıq yayıblar. Açıq şəkildə ad çəkilməsə də, bu xəbərdarlığın “stand-up komediyasının kralı” adlı televiziya proqramında çıxış edən və “Fanqzhuren” səhnə adı ilə tanınan 50 yaşlı Fan Çunliyə aid olduğu ehtimal olunur.
Təmizlik işçisi olan və eyni zamanda səhnədə çıxış edən qadın, şəxsi həyatından – ərindən boşanma prosesi və evlilik problemləri ilə bağlı zarafatlarla sosial mediada böyük maraq toplamışdı.
Rəsmi xəbərdarlıqda nə deyilirdi?
“WeChat” platformasında yayımlanan və dövlətə məxsus media orqanlarında sitat gətirilən açıqlamada bildirilirdi: “Zarafat etmək, tənqid etmək problem deyil. Lakin gülüş məqsədilə cinsiyyətlərarası qarşıdurmanı qızışdırmaq əvəzinə, konstruktiv və sağlam tənqid formaları seçilməlidir”.
Xəbərdarlıq, həm sosial mediada, həm də Çində qadın hüquqları fəallarının dairəsində tənqidlə qarşılanıb.
Sosial mediada reaksiyalar
Çinin “Twitter”ə bənzər platforması “Weiboda” istifadəçilər mövzuya belə reaksiya veriblər:
“Qadın baxış bucağından danışmaq niyə gender qarşıdurması hesab olunur?”
“Həqiqətləri danışmaq cinsiyyət mübahisəsidirmi?
“Həddindən artıq həssaslıq sərgilənir...”
Komediya sənətində cinsiyyət senzurası: Yeni hal deyil
Bu, Çində qadın komediyaçılara yönəlik ilk senzura halı deyil. Keçmişdə də tanınmış komediyaçı Yanq Li səhnədə belə demişdi: “Kişilər bu qədər ortabab görünmələrinə baxmayaraq, niyə belə özünəinamlıdır?”
Bu çıxışı ictimai qınaqla qarşılanmış və böyük onlayn platformalardan biri olan JD.com onunla sponsorluq müqaviləsini ləğv etmişdi.