İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:40 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 254 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Amerikanın “B-2” bombardmançı təyyarələri iyunun 22-də İranın İsfahan, Natanz və Fordo nüvə obyektlərinə qəfil hücumlar həyata keçirib. Fordonun peyk görüntüləri bombalamadan əvvəl bölgədə baş verənləri ortaya qoyub.
“Maxar Technologies” peyk firmasının baş analitikinin sözlərinə görə, ABŞ-ın hücumundan bir neçə gün əvvəl çəkilmiş peyk görüntüləri Fordo atom elektrik stansiyasında yük maşını və avtomobillərin qeyri-adi fəaliyyətini göstərib.
İyunun 19-da İranın yeraltı hərbi kompleksinə gedən giriş yolu boyunca 16 yük maşını olub. Təhlillərə görə, çəkilən şəkillər yük maşınlarının əksəriyyətinin təxminən yarım mil şimal-qərbdə, obyektdən daha uzaqda getdiyini göstərir.
Digər yük maşınları və buldozerlər obyektin girişinin yaxınlığında, o cümlədən biri birbaşa onun yanında yerləşdirilib.
***
Amerikanın “The Washington Post” qəzetinin məlumatına görə, hücumlardan bir gün əvvəl iyunun 21-də çəkilmiş görüntüləri araşdıran Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun baş elmi işçisi Spenser Faraqasso, iranlıların digər səbəblərlə yanaşı təhlükəli materialların yayılmasının qarşısını almaq üçün ehtiyat tədbiri olaraq tunelləri doldurmuş ola biləcəyini söyləyib.
“Middlebury” İnstitutunun Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzindən Ceffri Lyuis, "Onlar yəqin ki, tunelləri bağladılar və bacardıqlarını çıxardılar və sonra oranı möhürlədilər", – deyib.
İndi yük maşınlarının göründüyü yerin yaxınlığındakı tunelin girişləri ya bomba partlayışının şok dalğasından, ya da İranın əvvəlki fəaliyyətlərindən torpaqla dolu görünür. Obyektin dağıntılarından olan boz-göy kül qatı qumun üzərində yatır.