İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:28 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 184 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi baş diplomatı Kaja Kallas İranın Hörmüz boğazını bağlamasının təhlükəli olacağını və “heç kəs üçün yaxşı olmadığını” söylədi.
AB xarici işlər nazirləri ilə görüşdən əvvəl jurnalistlərə Kaja Kallas, “Cavab və eskalasiya qorxuları çox böyükdür, xüsusən də İran Hörmüz boğazını bağlasa, bu, çox təhlükəli olacaq və heç kim üçün yaxşı olmayacaq”, – deyib.
ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Hörmüz boğazı üçün risklər də artıb.
İran ABŞ-ın zərbələrinin nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi və əvvəlcə təmkin nümayiş etdirərək “bütün variantları özündə saxladığını”, – deyib. İran parlamenti də Hörmüz boğazının bağlanması qərarını təsdiqləyib. Bu böyüklükdə qərar Ali Milli Təhlükəsizlik Şurası adlı daha yüksək səviyyəli idarəetmə orqanı ilə razılaşdırılaraq qərarı qəbul edən Xameneyinin açıq razılığı olmadan həyata keçirilə bilməz. İranın xarici işlər naziri və ölkənin baş nüvə müzakirəçisi Abbas Araqçı “X” hesabındakı paylaşımında “Bu hadisələr qəbuledilməzdir və əbədi nəticələrə səbəb olacaq”, – yazıb.
Hadisələrin ardınca iki supertanker boğazdan dala qayıdıb. Qlobal neft və qaz ticarətinin təxminən 20 faizi bu kanaldan keçir.