200 minlik çanta oğurlandı – VİDEO
Parisdə lüks mağaza qarət olundu
15:46 | 4 aprel 2025 | Cümə
Məqaləyə 310 dəfə baxılıb
Şriftin ölçüsü
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
ABŞ prezidenti 2027-ci ildə Fransada keçirilməsi planlaşdırılan prezident seçkilərinin favoritlərindən olan Marin Le Penə qoyulan 5 illik siyasi qadağaya da münasibət bildirib və “Marin Le Peni rahat buraxın” dedi.
Marin Le Penə qarşı ifritə ovu Avropa solçularının ifadə azadlığını boğmaq və siyasi rəqiblərini senzura etmək üçün qanundan müharibə aləti kimi istifadə etmələrinin daha bir nümunəsidir. Bu dəfə o qədər irəli gediblər ki, rəqiblərini həbs etdilər.
78 yaşlı siyasətçi həmçinin deyib: “Marin Le Peni şəxsən tanımasam da, onun bu illər ərzində zəhmətkeşliyinə heyranam. O, itkilər verdi, amma mübarizəni davam etdirdi. İndi, düz Böyük Qələbədən əvvəl, yəqin ki, heç bir fikri olmadığı kiçik bir ittihamla onu rədd edirlər. Mənə də mühasibat səhvi kimi gəlir. Bütün bunlar hansı tərəfdə olmasından asılı olmayaraq Fransa və böyük fransız xalqı üçün yaxşı deyil”.
Trampın komandasının üzvü Elon Musk da Fransadakı qərara “Radikal sollar demokratik səsvermə yolu ilə qalib gələ bilməyən rəqiblərini həbs etmək üçün məhkəmə sistemindən sui-istifadə edir”, – deyərək reaksiya verib.
2004-2016-cı illərdə Fransada Milli Cəbhədən seçilmiş bəzi deputatlar, o cümlədən 2004-2016-cı illər arasında Avropa Parlamentində “qondarma iş” yaratdıqları iddiası ilə istintaq başladılıb.
Adı 2108-ci ildə Milli Birlik olaraq dəyişdirilən partiyasının aparıcı simaıları – keçmiş prezidentliyə namizəd Marin Le Penin və keçən il dünyasını atası Jan-Mari Le Penin də daxil olduğu 27 partiya üzvünə korrupsiya (AB maliyyəsini şəxsi məqsədlər üçün istifadə etmə) ittihamı ilə 2024-cü ilin sentyabrında Paris Cinayət Məhkəməsində iddia qaldırılmışdı.
Paris Cəza Məhkəməsi bazar ertəsi Marin Le Penə qoyulan 5 illik siyasi qadağanın dərhal həyata keçirilməsinə qərar verib. O, həmçinin iki ili şərti, iki ili isə elektron qolbaqla nəzarət altında keçirilməklə dörd il həbs cəzasına məhkum edilib və 100 min avro cərimələnib.
56 yaşlı Le Pen hökmün oxunmasını gözləmədən məhkəmə zalını tərk edib. Onun vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlamışdılar.
Fransa Ali Məhkəmə Şurasının bəyanatında deyilir: “Şəxsən hakimləri hədəf alan təhdidlər və siyasi liderlərin, xüsusən də istintaqın mahiyyəti və ya hökmlə bağlı açıqlamaları demokratik cəmiyyətdə qəbuledilməzdir”.
Fransa prezidenti Emmanuel Makron da bildirib ki, məhkəmə sistemi müstəqildir və hakimlər qorunmalıdır.