İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:19 | 4 aprel 2025 | Cümə
Məqaləyə 333 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ-ın təzyiqindən sonra İranın Yəməndə husilərə dəstəyi kəsməyi planlaşdırdığı bildirilir. Adının çəkilməsini istəməyən “The Telegraph”a danışan İran rəsmisi bildirib ki, hərbçilərə Yəməndən geri çəkilmək əmri verilib. Mənbə ABŞ-ın hücumları zamanı bir iranlı əsgərin öldürülməsinin gərginliyi artıracağına dair narahatlıqların olduğunu bildirib.
Həmçinin bildirilir ki, Tehran administrasiyası ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasətə görə bölgədəki müxtəlif qüvvələrə, xüsusilə husilərə dəstəyi kəskin şəkildə azaltmağı planlaşdırır. Rəsmi deyir ki, İran birbaşa Tramp administrasiyasından gələ biləcək təhdidlərə diqqət yetirir: “Hər görüşdə Trampla bağlı müzakirələr gedir. Bizim dəstəklədiyimiz regional qrupların heç biri müzakirə olunmur”.
İran rəsmisi Yaxın Şərqdə baş verən son hadisələrə də diqqət çəkir və husilərin “son günlərini yaşadığını” iddia edib: “Burada Husilərin sağ qala bilməyəcəyi və onların son aylarını, hətta günlərini yaşadığına dair bir fikir hakimdir. Ona görə də onları siyahımızda saxlamağın mənası yoxdur. Onlar “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullah və Suriyanın keçmiş lideri Bəşər Əsədə aparan zəncirin bir hissəsi idilər. Bu zəncirin yalnız bir parçasını gələcək üçün saxlamağın mənası yoxdur”.
“The Telegraph”ın xəbərində Tehran hökumətinin Əsəd rejiminin devrilməsinin və ya “Hizbullah”ın İsrailə qarşı verdiyi itkilərin qarşısını ala bilmədiyi və husilərin yaranmış hakimiyyət boşluğundan yararlanmaq istədikləri qeyd edilir. Bunun qarşısını almaq və İrana təzyiqləri artırmaq üçün ABŞ-ın da işə qarışdığı bildirilir.
CNN bildirib ki, ABŞ İran və Husiləri qorxutmaq məqsədilə Hind okeanına “B2” gizli bombardmançıları yerləşdirib.
ABŞ-ın keçmiş prezidenti Co Bayden 2021-ci ildə husiləri terror təşkilatı siyahısından çıxardı. Ancaq Tramp vəzifəyə gələn kimi yaralıları yenidən siyahıya saldı.
Tramp keçən ay husilərə qarşı hücumlar əmrini verib və bombardmanlar nəticəsində ən azı 61 nəfər ölüb, 140-dan çox insan yaralanıb. Husilər Qəzza müharibəsində HƏMAS-ı dəstəklədiklərini bəyan etdilər və bölgədə dəniz fəaliyyətini pozan hücumlar həyata keçirdilər.
Tramp martın 5-də İran rejiminin ali dini lideri Əli Xameneyiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı razılaşma əldə etmək istədiyini bildirib. “Mən onlara məktub yazdım ki, “Ümid edirəm ki, siz danışıqlar aparacaqsınız, çünki ordumuzu ölkənizə gətirməli olsaq, bu, dəhşətli bir şey olardı””, – respublikaçı prezident bildirib.
Xameneyi isə Trampın danışıqlar çağırışını və təhdidlərini rədd etdiklərini açıqlayıb. İran prezidenti Məsud Pezeşkian da Trampa "Məni təhdid etdiyiniz üçün sizinlə danışıqlar aparmayacağam. Nə istəyirsiniz edin”, – deyib.