“ChatGPT”dən ABŞ hökumətinə şikayət
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
14:10 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 1127 dəfə baxılıb
Şriftin ölçüsü
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
250 sənəd “ChatGPT”ni zəhərləməyə kifayətdir
Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
“Oğlumuzu intihara təşviq etdi”
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Süni intellekt əsaslı söhbət botları zehni sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Böyük Britaniyada aparılan yeni bir araşdırma, xüsusilə psixoloji cəhətdən həssas insanlarda “ChatGPT” kimi alətlərin reallıq hissini zəiflədərək psixotik tutmaları gücləndirə biləcəyini göstərib.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) həkimlərinin də qatıldığı araşdırmada, böyük dil modellərinin reallıqla fantaziya arasındakı sərhədi bulanıqlaşdıraraq psixoz əlamətlərini gücləndirə biləcəyi bildirilib.
“Söhbət botu psixozu” artıq gerçək bir termin kimi tanınır
Londondakı “King's College” universitetindən nevropsixiatr Hamilton Morrin bu vəziyyəti “real bir fenomen” adlandırır. Morrin bildirir ki, süni intellektin istifadəçini təsdiqləyən, ona cavab verən və davranışlarını təqlid edən təbiəti, psixozla əlaqəli zəifliklərlə təhlükəli şəkildə qarşılıqlı təsirə girə bilər.
“Artıq maşınlar haqqında yaranan sanrılarla deyil, maşınlarla birlikdə inkişaf edən sanrılarla qarşı-qarşıyayıq. İstifadəçilər təkcə Süni intellekt haqqında fantaziyalar qurmur, həm də onlarla ünsiyyət zamanı bu fantaziyalar dərinləşir”.
Araşdırmanın digər müəllifi, psixiatr Tom Pollak da psixi xəstəliklərin çox zaman tədricən başladığını deyir. Ancaq süni intellekt alətlərinin, xüsusilə həssas qruplar üçün bu prosesi sürətləndirə biləcəyini vurğulayır. Pollak, bu sistemlərə əlavə təhlükəsizlik qatlarının tətbiq olunması və təhlükəsizlik komandalarında psixiatrlara da yer verilməsi təklifi ilə çıxış edib.
“OpenAI”: Hələ necə xəbərdarlıq edəcəyimizi bilmirik
“The Independent” qəzeti məsələ ilə bağlı “OpenAI”dan rəy almağa çalışsa da, şirkət mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, şirkət daha əvvəl insanların süni intellekt sistemlərindən istifadəsi ilə bağlı təhlükəsizlik və həssaslıq standartlarının artırılmasına ehtiyac olduğunu bildirib.
“OpenAI”nın CEO-su Sem Altman, bu ilin mayında verdiyi müsahibədə, psixoloji baxımdan həssas olan istifadəçilərə necə effektiv xəbərdarlıq ediləcəyi məsələsinin hələ tam həll edilmədiyini etiraf edib.